TQDK sədri aksiyaya çağırıldı

img

05-09-2014 [12:58]


Keçmiş Azərbaycan Beynəlxalq Unversitetinin müəllimi Ramil Orucov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni "buzlu su” aksiyasına dəvət edib.

Qeyd edək ki, dünyada ALS xəstəliyinə diqqət çəkmək üçün "Ice Bucket Challenge”, yəni, "Bir vedrə buzlu su” aksiyası başlayıb. Başına bir vedrə su tökən şəxs (bu, məşhur biri də ola bilər, sıradan biri də) 3 adamı bu hərəkəti təkrarlamağa çağırır.

Əgər çağırış etdiyi şəxslər bu addımı təkrarlaya bilməsələr, ALS xəstələri üçün açılmış hesaba 100 dollar ödəməlidirlər. ALS xəstəliyi mərkəzi sinir sistemində motor hüceyrələrinin (neyronların) ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur.

Ramil Orucovun bizimyol.info saytına göndərdiyi videonu təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA