Nobeli arzulayan Tramp İsrailə gedir: "Qəzzadan heç kəs zorla köçürülməyəcək" - "Əvvəlcə o mərhələyə çatmalıyıq, sonra baxarıq"
10-10-2025 [07:53]
"Qəzzada əldə olunan anlaşma həqiqətən tarixi bir razılaşmadır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Ağ Evdə Finlandiya prezidenti Alexander Stubb ilə görüşdə jurnalistlərin suallarına cavabda deyib.
ABŞ lideri bildirib ki, Qəzzada atəşkəs prosesi müsbət atmosferdə davam edir: "Plan bölgədəki bütün ölkələr tərəfindən dəstəklənir. Qəzzada sürətli və böyük yenidənqurma prosesi başlayacaq".
Tramp Qəzzadakı fələstinlilərin zorla köçürülmə iddialarına da aydınlıq gətirib: "Xeyr, xeyr, tamamilə bunun əksi olacaq. Heç kəs zorla köçürülməyəcək. Bizim belə bir şey etmək planımız yoxdur. Bu, böyük bir sülh plandır. İsraillə HƏMAS arasındakı atəşkəs razılaşmasına əsasən, girov və əsirlər bazar ertəsi və ya çərşənbə axşamı günü azad olunacaq. Məncə, əla olacaq. Yəqin ki, o gün orada olacağam. Bazar günü yola düşməyi planlaşdırırıq. İsraildə və gördüyüm bir çox ölkədə hamı bayram edir. Bu razılaşma bölgəyə sülh gətirəcək. Yaxın Şərq, nəhayət, rahat nəfəs alacaq".
Fələstin dövlətinin yaradılması və "iki dövlətli həll" variantına gəldikdə isə Tramp sualı cavablandırmayıb: "Vaxtı gələndə buna qayıdarıq. Əvvəlcə o mərhələyə çatmalıyıq, sonra baxarıq"
Nobel Sülh Mükafatına layiq görülüb-götürülməyəcəyi ilə bağlı sualları cavablandıran Tramp 7 müharibəyə son qoyduğunu, artıq İsrail və HƏMAS arasındakı müharibəni də bitirdiyini deyib: "ABŞ-ın keçmiş prezidenti Barak Obama daha əvvəl Nobel Sülh Mükafatı aldı. Obama pis prezident olub, heç nə etməyib, lakin bu mükafatı alıb..."
Tramp NATO ilə bağlı suala gəldikdə isə deyib ki, İspaniyadan başqa bütün NATO üzvlərinin hamısı müdafiə xərclərini artırıb: "Lakin İspaniyanın bu məsələdə durğunluq içində qalıb. Məncə, onları NATO-dan qovmalıyıq"
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi