Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi - FOTOLAR
09-10-2025 [15:08]
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib.
Mia.az-ın məlumatına əsasən, bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir.
“JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil və 32 daktil animasiyası daxildir ki, bunlar da jest dilini gündəlik həyatda daha səmərəli tətbiq etməyə imkan verir.
“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya və təhsil imkanlarına çıxışını artırmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindəndir. Bu mobil tətbiqi dəstəkləməklə biz inklüziv cəmiyyətin qurulmasına və jest dilinin ölkədə daha geniş yayılmasına töhfə veririk”.
Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi