"Burada iki həqiqət var" - Mikayıl Cabbarov

img

05-09-2014 [12:21]


Təhsil naziri Mikayıl Cabbarov magistratura pilləsinə daxil olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib. 

Nazir bildirib ki, bu məsələ çox aktualdır: 

"Mövzu parlamentdə də müzakirəyə çıxarılıb. Burada iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz məsələyə sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs şəraiti hökm sürür. Bu zaman ümummili maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik Xidməti və Müdafiə Nazirliyi ilə müzakirələr aparırıq. Birlikdə ümumi məxrəcə gələ biləcəyik. Bu dövlət və cəmiyyət üçün mühüm məsələdir. Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, hərtərəfli müzakirə olunmuş bir qərar veriləcək”. 

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA