"Nazirlikdə bir neçə qruplaşma var, ən güclüsü..." - Ekspert elə iddialar irəli sürdü ki...
09-10-2025 [10:04]
Ötən həftə Elm və Təhsil Nazirliyində çox ciddi səs-küyə səbəb olan kadr dəyişikliyi baş verib. Emin Əmrullayevin köməyi və şəxsi dəstəyi ilə Nazirliyə gələn, BMT-nin Beynəlxalq Əmək Təşkilatında çalışan tələbə yoldaşı Elnur Nəsibov və Peşə Təhsili Agentliyinin rəhbəri Ceyhun Kərəmov guya öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub. Əslində isə işdən getdilər. Təhsilin İnkişafı Fondu, təhsil nazirinin müşaviri və mətbuatla, ictimaiyyətlə əlaqələr sektoru kimi bir çox sahələr Elnur Nəsibovun kurasiyasında idi. Maraqlıdır, necə oldu, nə baş verdi ki, Emin Əmrullayev ən yaxın dostlarından biri Elnur Nəsibovu bu işdə necə qurban verdi?”.
Mia.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
“Elm və Təhsil Nazirliyində ciddi mövqe müharibəsi gedir. Büdcəni “yemək” üçün ciddi mübarizələr aparılır. Nazirlikdə bir neçə qruplaşma var. Bunların arasında ən güclü, əsas fiqur Elnur Əliyevdir. Zaman-zaman bütün agentlikləri ələ keçirir. Nazirlikdə dörd agentlik var. Niyə Elnur Əliyev Təhsil İnstitutuna gəldi? Çünki Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xüsusilə, Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə getdikdən, Mehriban Vəliyeva deputat seçildikdən, Orxan Abbasov icra başçısı təyin edildikdən sonra Elnur Əliyev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini ələ keçirdi. Hücum artıq Peşə Təhsili Agentliyinədir. Bildiyiniz kimi, Elnur Nəsibov da Peşə Təhsili Agentliyindən gəlmişdi. Əliyev Peşə Təhsili Agentliyini ələ keçirdi. Bundan sonra Eşqi Bağırov qalıb, tezliklə onun da işdən azad olunması gözlənilir. Çünki Elnur Əliyev öz kadrlarını müavin kimi yerləşdirib. Artıq bir neçə regional idarənin rəisi Elnur Əliyevin kadrıdır. Təlimçiləri də öz kadrları hesab edir. Hazırda regionlarda direktorlar, vəzifədə irəli çəkilənlər də əsasən təlimçilərdir. Bax belə, şəbəkə böyüyür...” – o bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi