Vəkil: "Biz çalışırıq ki, İsfəndiyar Axundov barəsində həbslə bağlı cəza verilsin”
08-10-2025 [11:11]
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov barəsində məhkəməyə müraciət edən (“Şərurlu İsfəndiyar”) “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov bir sıra məqamları açıqlayıb.
Mia.az xəbər verir ki, Pravda.az-a danışan A.Abbasov deyib ki, Şərurlu İsfəndiyarın təqsirləndirildiyi maddənin sanksiyasında həbs cəzası var.
Vəkil bildirib ki, qərarı məhkəmə verəcək:
“Bəlkə, məhkəmə bəraət hökmü, yaxud ittihamedici hökm də çıxara bilər. Təbii ki, biz ittihamedici hökm gözləyirik. Hazırda əldə olan sübutlar və gedişat bunu göstərir. Yekunda nə olacağı ilə bağlı konkret nəsə deyə bilmərəm. İsfəndiyar Axundov özünü günahsız hiss edə bilər. Təqsirləndirilən şəxsdir və bu, onun hüququdur. Deməyəcək ki, bəli, etmişəm. Biz isə hesab edirik ki, onun əməlində konkret cinayət tərkibi var.
Təsadüfi deyil ki, bu gün məhkəmə xüsusi ittiham işlərini hələ-hələ icraata götürmür.
Birincisi, prosessual qaydalara uyğun olmalıdır, həm də ilkin sübutlar ən azından göstərilməlidir ki, həmin şəxsə qarşı ittiham irəli sürülsün. Bizim hazırladığımız şikayət və təqdim etdiyimiz sənədlər əsasında İsfəndiyar Axundov təqsirləndirilən şəxs olub. Hər nə qədər qarşı tərəf razılaşmasa da, yekun ekspertizanın rəyində konkret olaraq ifadələrdə təhqir olduğu əksini tapıb. Təhqir öz əksini tapırsa və sübuta yetirilirsə, təhqirə münasibətdə konkret hökm çıxarıla bilər. Böhtan hissəsi isə ekspertizanın predmeti deyil. Bu, hüquqi məsələdir ki, şəxs həqiqətən də böhtan əməlini törədib, ya yox. Buna görə də yekun məhkəmə böhtana münasibətdə də, təhqirə də hökm çıxara bilər.
Yaxud birinə bəraət, digərinin cəzasını az verə bilər. Hər şey ola bilər. Hazırda İsfəndiyar Axundovu ittiham olunduğu Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsinə görə, 3 ilə qədər azadlıqdan məhrumetmə gözləyir. 148 (təhqir) maddəsinin sanskiyasında isə 6 aya qədər müddətdə azadlıqdan məhrumetmə var. Bu iki cəza İsfəndiyar Axundov üçün gözlənilə bilər. Biz çalışırıq ki, İsfəndiyar Axundov barəsində həbslə bağlı cəza verilsin”.
Xatırladaq ki, növbəti proses Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə oktyabrın 16-da keçiriləcək.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi