05-09-2014 [09:07]
Ekstravaqant azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun keçmiş ortağı, "Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun başı ciddi dərdə girib.
Belə ki, az əvvəl İngiltərənin ikinci liqada oynayan "Sheffield Wednesday” klubunun sahibi və prezidenti, serb əsili iş adamı Milan Mandariç klubun H.Məmmədova satılmasına dair bu ilin may ayında bağlanmış müqavilənin qüvvədən düşdüyünü elan edib. M.Mandariç bəyan edib ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün H.Məmmədova qarşı məhkəmə iddiası qaldırır.
M.Mandariçin bu bəyanatını ildırım sürəti ilə aparıcı Avropa KİV-ləri tirajlamaqdadır. İngilis klubunun prezidenti bəyan edib ki, müqavilənin qüvvədən düşməsinə səbəb H.Məmmədovun "Sheffield Wednesday”in səhmlərinin 100 faizi üçün 40 milyon funt-sterlinq (təxminən 50 milyon avro) vəsaiti ödəmək iqtidarında olmamasıdır.
Mayın sonlarında bağlanmış müqavilə həmin andan qüvvəyə minirdi və H.Məmmədov klubun səhmlərinin alınması üçün M.Mandariçə 50 milyon avro ödəməli idi. M.Mandariç müqaviləni hələ ötən ay pozmağa hazır olduqlarını, lakin Məmmədovla danışıqları son ana qədər davam etdirdiklərini bildirib.
Hafka və Mandariç
M.Mandariç bəyan edib: "Təəssüf ki, müqavilənin bağlanmasından bu yana Məmmədovla və onun nümayəndələri ilə işləməyimizə baxmayaraq o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmək iqtidarında olmayıb. Bura həm klubun səhmlərinin alınması, həm sponsor razılaşması öhdəlikləri daxildir”.
M.Mandariç bildirib ki, klubun Məmmədova satılmasına dair müqavilə imzalananda azarkeşlər sevinmişdi. Onlar inanırdı ki, bu sövdələşmə klub üçün yeni imkanlar açır.
"Lakin onlar prosesin başa çatdırılması üçün əlavə vaxt istəməyim barədə qərarımdan çox məyus oldular. Bu dövrdə mən biznesi idarə etməkdə və klubun cari maliyyə problemlərini həll etməkdə davam etdim. Tərəfdarlarımız gördülər ki, biz sponsor razılaşmasına əməl edirik və üzərində "Land of Fire Azerbaijan” yazılmış yeni köynəkləri fəxrlə geyinirik” - deyə M.Mandariç bildirib.
"Mən cənab Məmmədovun Azərbaycanda üzləşdiyi çətinlikləri çox tezliklə aradan qaldıracağına ümid etsəm də klubun adı ətrafında spekulyasiyaların davam etməsinə imkan verə bilmərəm və hüquq məsləhətçilərimdən onların zəruri hesab etdiyi məhkəmə iddiasını qaldırmağı xahiş etmişəm” - M.Mandariç əlavə edib.
Klub prezidenti deyib ki, o, səhmlərin satılması üçün yeni tərəfdaş axtaracaq.
Britaniya mətbuatı xatırladır ki, H.Məmmədovun Fransada aldığı "Lans” klubu da böhran içindədir və azərbaycanlı oliarx klubun büdcəsinə heç bir vəsait ödəmək iqtidarında deyil. Bu üzdən "Lans”a futbolçu transferi qadağan edilib.
Xatırladaq ki,, H.Məmmədov hazırda müflis vəziyyətdədir və borc içində batır. Göründüyü kimi, "Hafka”nın müflis durumda olduğu halda ingilis klubunu almaq barədə müqavilə bağlaması onun başını ciddi dərdə salıb. İndi o, məhkəmə qarşısında cavab verməli olacaq.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi