Zamanın dərinliklərindən gələn real həyat nümunəsi – “Sirli gedişlər” kitabı və yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı təşəkkül izi
07-10-2025 [18:21]
2025... İstanbul...
İsti avqust günü qardaş Türkiyənin İstanbul şəhərində ənənəyə sadiq qalaraq Türk Ədəbiyyatı Vəqfini ziyarət etdim.
Budəfəki, gəlişim də mənim yüksək təltifə layiq görülməyim Uca Allahın mənə bəxş etdiyi ən müthiş mükafat idi və taleyimin ən gözəl anı...
Vəqfin sədri Serhat Kabaklı ilə qısa söhbət etdikdən sonra, vəqfin baş redaktoru İmdat Avşarın otağında çay söhbətimiz baş tutdu. Bu zaman İmdat bəy hər zamankı səmimi üslubu ilə - “Yahu Senan kardeşim, değerli bir ablamız var Latife hanım senden rica etsem onun türk diline çevrilen iki kitabını Bakü de kendisi ile buluşub vere bilirmisin?!”.
Böyük bir məmnuniyyətlə “əlbəttə” deyib, kitabları götürdüm.
Bakıya çatar-çatmaz kitabın ilk səhifələrinə maraqla nəzər keçirib Lətifə xanımla əlaqə saxladım. Olduqca səmimi bir söhbətdən sonra, Lətifə xanım kitabla bağlı fikirlərimi soruşdu. Məni ən çox təsirləndirən müəllifin Allaha olan dərin bağlılığını cümlənin ahəngində olduqca qəlbləri ovsunlayacaq şəkildə yazması olmuşdur. Məhz bu məqamı böyük bir rəğbətlə alqışlayıram. Söhbətdən sonra görüş yerini mənim ikinci evim kimi qəbul etdiyim doğma Elmlər Akademiyasının qarşısında görüşdük.
Görüşümüzdə insanların kitaba, ədəbiyyata və ən əsası poeziyaya olan marağı, insanların xüsusiyyətlərində təpər, fəhm anlayışının yeri, Lətifə xanımın zamanın çətin axarlarından keçərək irəlilədiyi mənalı ömür yolu, “Sirli Gedişlər” kitabının baş qəhrəmanı olan Leyla xarakterinin sarsılmaz mövqeyinin real həyat nümunəsi ilə harmoniyası kimi bir çox məsələləri yorulmadan təhlil və müzakirə etdik.
Lətifə xanımın “Sirli gedişlər” romanı müstəqillik dövrünün ən seçilmiş avtobioqrafik nümunələrindən biridir. Bu janr həm üstünlükləri, həm də çətinlikləri özündə cəmləyir. Müəllif, öz həyat yolunu təsvir etməklə, eyni zamanda xalqın, ölkənin və onun ətrafındakı mühitin taleyini və mənafeyini ustalıqla ümumiləşdirir. Kitab baş qəhrəmanımız olan Leylanın - yaşadığı həyatın düzgünlüyünü, ədalətlə aldığı nəfəsin tərənnümünü, ailəsinin sarsılmaz qüdrətini, keçdiyi yolun enişli-yoxuşlu axarlarını özündə təsvir edir.
Ustadım olaraq qəbul etdiyim, sakinliyi və dərindən düşünüb qərar almağı mənə öyrədən ali təhsil aldığım universitetin dosenti, texnika elmləri namizədi, poeziyanın harmoniyası ilə nəfəs alan Ağəli müəllim Quliyevin məqalələrindən özümə dərs götürdüyüm əsərlərdəki xarakterlərin qütblərinin təhlilini Lətifə xanımın şah əsəri olan “Sirli gedişlər” kitabında təhlil etmək istərdim.
Hər bir xarakteri tək-tək təhlil etmək olar amma məncə məzmunlu ifadə belə olsa daha məqsədə uyğun olar. Leylanın ailəsinin hər bir üzvü, Leylanın haqq-ədalət yoluna dəstək olanlar bu qütbün müsbət tərəfi, onun ədalət yoluna əngəllər törətmək istəyənlər isə bu qütbün ən mənfi yerinə layiqdirlər. Kitabın ən qürur mənbəyi olan hissə isə 7 bacının ali təhsil alaraq qadının elmdə rolunu olduqca gözəl təsvir etməsidir.
Kitab elə bil sadə üslub və xalq dilində yazılıb ki, səhifəni açıb oxumağa başlayan oxucu artıq onu əlindən kənara buraxmaq istəmir. Kitabda bir ana ilə oğulun və bir ailənin bir-birinə dərindən bağlılığı heç şübhəsiz oxucunun qəlbində daha dərin bir iz buraxır.
Bu kitab bir çox gənc yazara real həyat motivlətərini yazmağa cəsarət verə bilən nadir əsərlərdən biridir. Və bu əsər yazıçı Lətifə Orucun ədəbiyyatımızdakı əbədiyaşar təşəkkül izidir...
Sənan Hüseynov
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi