Kerri prezidentləri görüşdürdü - FOTOLAR

img

05-09-2014 [00:49]


Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri ilə üçtərəfli görüşü baş tutub.

ANS PRESS-in məlumatına görə, bu haqda Twitter mikrobloqunda öz səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb.

Qeyd edək ki, dövlət başçıları Uelsdə NATO sammitində iştirak edirlər. 

Bu gün NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik isə "Twitter”də yazmışdı və bildirmişdi ki, İlham Əliyevlə Serj Sarkisyan da burdadır və bizim ümumi dəyərlərimiz və hədəflərimiz üzrə kəskin bəyanatlar veriləcəyi gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA