İlham Əliyevlə Sarksiyan bu gün görüşəcək - Detallar

img

04-09-2014 [18:53]


ABŞ Dövlət Departamenti Uelsin paytaxtı Kardiffdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların keçiriləcəyini açıqlayıb.

Virtualaz.org saytı Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, prezidentlər İlham Əliyev və Serj Sərkisyanın bir neçə saat sonra görüşəcəyi bildirilir.

Açıqlamada deyilir ki, London vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə saat 21:30) ABŞ dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşün keçiriləcəyi yer barədə məlumat verilmir.

Bundan əvvəl erməni KİV-ləri Sərkisyanın administrasiyasındakı mənbəyə istinadən prezidentlərin görüşünün razılaşdırıldığı, bu görüşdə Con Kerrinin vasitəçilik edəcəyi haqda xəbər yaymışdı. Lakin tərəflərdən heç biri Uelsdə görüşün baş tutacağını rəsmən şərh etməmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA