Ramil Usubov daha bir əmr verdi

img

04-09-2014 [16:20]


Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.

Daxili Qoşunların mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu münasibətlə bu gün Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.

Təqdimetmə mərasimdə şəxsi heyət qarşısında çıxış edən general-mayor Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı adından bir daha təbrik etmiş, onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA