"Əhəmiyyət vermək istəmirəm" - Misir Mərdanov xələfinin işdən çıxardığı qohumundan danışdı

img

04-09-2014 [15:22]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov onun xalası oğlu kimi təqdim olunan Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirovun işdən çıxarılmasına münasibət bildirib.

 

Sabiq nazir M.Mərdanov  açıqlamasında deyib:

 

"Birincisi, mənim Novruz Dəmirov adında xalam oğlu yoxdur. Digər tərəfdən isə, mən bu cür məlumatlara əhəmiyyət vermək istəmirəm. Dəqiqləşdirmədən məlumat yazırlar. Xahiş edirəm, mənim adım daha belə məsələlərdə hallandırılmasın”.


Publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA