04-09-2014 [14:54]
Sentyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə tanışlıq görüşü olub. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindənTeleqraf.com-a verilən məlumata görə, nazir Səlim Müslümov uşaqların müdafiəsinin daim ölkə başçısının diqqət mərkəzində olduğunu, dövlət uşaq siyasətinin daim gücləndiyini diqqətə çatdırıb. O, nazirliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial proqram və islahatlar barədə məlumat verib. Səlim Müslümov "Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, "Sosial xidmət haqqında” qanunun hazırlanmasında UNİCEF-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb: "Cari ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin gündəliyində duran məsələlərdən biridir. Hesab edirəm ki, bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi yeni əməkdaşlıq istiqamətləri ola bilər”.
S.Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.
A.Şilakadze Azərbaycanda dövlət uşaq siyasətinin inkişafının UNİCEF-in ölkəmizlə əməkdaşlığında vacib stimul olduğunu diqqətə çatdırıb, ƏƏSMN və UNİCEF arasında birgə görülən işlərin əhatə dairəsinin getdikcə genişlənməsini uğurlu əməkdaşlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə uşaq müdafiə sisteminin təkmilləşməsində , müvafiq kateqoriyalardan olan uşaqların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNİCEF tərəfindən bundan sonra da müvafiq səylərin göstəriləcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, habelə uşaqlar üçün sosial xidmətlər və sosial reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması sahəsində görüləcək işlər müzakirə olunub.
Naibə
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi