ABŞ vətəndaşının çıxışına qadağa qoyuldu - prokurorluq açıqlama yayacaq

img

04-09-2014 [14:44]


Atasının səhhətində yaranan problemlə bağlı Bakıya səfər edən ABŞ vətəndaşı Səid Nuri bu səhər Bakıdan Kiyevə getmək üçün Heydər Əliyev adına beynəlxalq hava limanına gedib.

Avropa.info-nun verdiyi xəbərə görə, hava limanında Səid Nuriyə bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun İstintaq İdarəsi onun ölkədən çıxışına qadağa qoyub.

Bu barədə informasiyanı facebook səhifəsindən yayımlayan Səid Nurinin sözlərinə görə, o, bir müddət öncə ABŞ səfirliyində olub, səfirlikdən ona bu qadağanı araşdırıldığını bildiriblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov musavat.com-a bildirib ki, S.Nurinin ölkədən çıxışına qadağa ilə bağlı yaxın saatlarda açıqlama veriləcək.

S.Nuri özü isə musavat.com-a bildirib ki, Amerika səfirliyinə onun Azərbaycan vətəndaşı olduğu bildirilib: "Səfirliyə deyilib ki, o bizim vətəndaşdır və daxili qaydaları pozub, cinayət işi açmışıq. Səfirliyə belə deyiblər. Ancaq mən bilmirəm ki, nə baş verir”.

S.Nurinin müxtəlif ehtimallar olduğunu düşünür: "Ola bilsin ki, 2005-ci ildə olanlar yenidən aktuallaşıb, yaxud facebook-da yazdığım statuslara görə belə edirlər. Yəni, yüzlərlə ehtimal ola bilər. Hələlik heç bir rəsmi açıqlama yoxdur. Rəsmi açıqlamanı gözləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA