Mikayıl Cabbarov Misir Mərdanovun xalası oğlunu da işdən azad etdi - Yoxlama

img

04-09-2014 [13:37]


Təhsil naziri Mikayil Cabbarov Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktorunu işdən qovub.

Məlumata görə, nazirliyin araşdırmaları nəticəsində Novruz Dəmirov  barədə ciddi faktlar ortaya çıxıb.  O, bir  neçə ay əvvəl  bir xanımdan 15000 manat alaraq kollec diplomu ilə işə götürüb.  Bundan başqa daha ədəbiyyat ixtisası üzrə bir müəllimdən də rüşvət alaraq işə qəbul edib. Araşdırmalar zamnani bu faktlar ortaya çıxdığı üçün həmin müəllimlər işdən uzaqlaşdırlıb. Məlumata görə, hələ komissiya gimnaziyada yoxlamanı davam etdirir.

Onu da qeyd edək ki, ötən il Hesablama Palatası Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında  300000 manat yeyinti faktı ortaya çıxarıb.  O zaman Novruz Dəmirov bu pulu ödəmişdi.

Məlumat üçün bildirək ki, Novruz Dəmirov sabiq təhsil naziri Misir Mərdanovun xalası oğludur…


bizimxeber.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA