04-09-2014 [12:58]
Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə yenidən iddia qaldırılıb.
Bu barədə Mia.az-ın Xətai rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, deputatın xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edən isə onun sabiq müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevdir.
Mia.az xəbər verir ki, Şəmsəddin Hacıyevlə qarşı üç maddə ilə verilmiş şikayətə sentyabrın 5-də Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.
Məsələ ilə bağlı Mia.az-a danışan Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı və həmin sahə üzrə 40 il kafedra müdiri işləmiş Bədirxan Musayev deyib ki, o, sabiq rektora qarşı Nəsimi rayon Məhkəməsində iddia qaldırıb: «Lakin həmin məhkəmə yenə də işi əsaslı səbəb olmadan Xətai məhkəməsinə göndərib. Doğrudur, sabah həmin məhkəmədə xüsusi ittiham qaydasında verdiyim şikayətə baxılacaq».
İqtisad elmləri doktoru deyib
ki, 60 ildən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyətim zamanı elmi
məktəbin bünövrəsi hesab etdiyi "İqtisadi kibernetika” kafedrasına rəhbərliyi
ilə yanaşı, 10 ilə yaxın müddətdə fakültə dekanı, 1993-cü ildən 2000-ci ilə
qədər prorektor vəzifəsində işləyib: «2000-ci ildən 2013-cü ilə kimi Azərbaycan
Dövlət İqtisad Universitetinin rektorun müşaviri vəzifəsində işləmişəm. Ancaq səhhətimlə
bağlı hər hansı həkim rəyi olmadan Universitetin keçmiş rektoru Şəmsəddin
Hacıyev əsassız olaraq məni işdən azad etdi və həmin dövrdən başlayaraq Milli
Məclisinin deputatı Hacıyev Şəmsəddin Hümmət oğlu mənim şərəf və ləyaqətimi
ləkələyən, eləcə də məni nüfuzdan salan, dövləti cinayətlərdə ittiham edən
məlumatları kütləvi informasiya vasitələrində yaymaqla məşğul olub. Belə böhtanlardan
biri də "Yeni Müsavat” qəzetinin 14 dekabr 2013-cü il tarixli sayında
"Rektor-deputatla professorun davası qızışdı” başlığı altında, digəri
qafqazinfo.az portalında "Ona "vətən xaini” damğası vuraraq işdən qovmuşam”
başlıqlı məqalələrdə yer alan ifadələrdə öz əksini tapıb. Həmin yazılarda
deputat Şəmsəddin Hacıyev deputat toxunulmazlığından istifadə edərək "mən ona
vətən xaini damğası vuraraq işdən qovmuşam” deyib. Ola bilər ki, Ş.Hacıyev
hüquqşünas olmadığı üçün "vətən xaini” ifadəsinin nə demək olduğunu anlamır. O,
məni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının
suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə
qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən
qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici
dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda
xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - ağır
cinayət sayılan əməldə ittiham
edib.
Göründüyü kimi Ş.Hacıyev məni dövləti və ağır cinayətdə ittiham etməklə yanaşı, bir az da qabağa gedərək Ulu Öndər, Ümummilli liderimiz mərhum Heydər Əliyevin də adından istifadə etmişdir. Belə ki, həmin yazılarda Ş.Hacıyev bildirmişdir: "Bu adamın əməllərindən hələ o vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə demişdi”. Ancaq əsla belə bir hal olmayıb. Olubsa, sübutları ortaya qoysunlar. Bilirsiniz ki, mərhum prezidentin bütün çıxışları dərc olunur, videoya çəkilir. Əgər belə bir hal varsa, həmin çıxışın stenoqramasını və ya videosunu cəmiyyətə yaysınlar da. Yoxdur axı. Elə bir hal olmayıb. Buradan da görünür ki, Ş.Hacıyev mənə böhtan atmış və ictimaiyyət arasında nüfuzuma xələl gətirmişdir.
Bildirmək istəyirəm ki, Ulu Öndər, Ümummilli liderimiz mərhum Heydər Əliyev məni Azərbaycan SSR DTK-nın sədri olduğu müddətdən tanıyırdı və 3 dəfə xüsusi hal kimi kapitalist ölkələrinə səyahətə göndərilən qrupların rəhbəri təyin etmişdir. Bu hal da onun mənə qarşı hansı səviyyədə münasibət göstərdiyini təsdiqləyən önəmli faktdır».
Göründüyü kimi Şəmsəddin Hacıyevin əməlləri Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət tərkibi yaradır. Və bu səbəbdən məhkəmədən Şəmsəddin Hacıyevin bu maddələrlə cəzalandırılmasını tələb etmişəm…».
Sonda professor B.Musayev Ş.Hacıyevin deputat toxunulmazlığına xitam verilməsi məqsədi ilə Baş prokuror Zakir Qaralova rəsmi müraciət etdiyini də bildirib: "Baş prokurordan xahiş etmişəm ki, Ş.Hacıyevin deputat toxunulmazlığına xitam verilməsi məqsədi ilə Milli Məclis qarşısında məsələ qaldırsın. İnanıram ki, gec-tez həqiqəti və hüquqlarımı bərpa edəcəyəm!”.
Məsələ ilə bağlı Dövlət İqtisad Universiteti ilə yanaşı, Şəmsəddin Hacıyevin də mövqeyini yaymağa hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi