Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
29-09-2025 [17:54]
Bu ilin fevralında Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılıb.
Bu barədə Mia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, istintaqla İran vətəndaşları Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu, Kər Fərzad Anatağun oğlunun Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Qızıl Qaffar Nurməhəmməd oğlu və Qaranejad Behzad Əbdülqəfur oğlunun və qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçiblər.
Birinci qrupun Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda narkotik vasitə sayılan - 11 kq 25 qram olan qurudulmuş marixuana, 1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Qızıl Qaffar Nurməhəmməd oğlu, Qaranejad Behzad Əbdülqəfur oğlu, Kəlte Eydməhəmməd Anaməhhəmməd oğlu, Hacı Muradi Əbdülnasir İlyas oğlu, Fərdcu Şərif Rəcəbməhəmməd oğlu və Kər Fərzad Anatağun oğluna Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi) maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi