Ramiz Həsənovun komitəsi məhkəməyə verildi

img

04-09-2014 [11:37]


Ramiz Həsənovun komitəsi məhkəməyə verildi. Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən məlumatına görə, Vəliyev Həsən adlı vətəndaş "Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri lokomotiv deposundən şikayətçidir.

Vətəndaş qurumdan aktda dəyişiklik edilməsi və zərərə görə ödəncin ilk gündən hesablanmasını tələb edir.

Qasımov Murad adlı vətəndaş isə Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib. M. Qasımov İH-dən tələbi sərəncam və orderin ləğv edilməsidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də məhkəməyə verilən qurumlar sırasındadır. "Şölen Çikolata Gıda Sanayi ve Ticaret Anonim” şirkəti əmtəənin ticari dövriyyəsinə, o cümlədən topdan və pərakəndə satışına qadağa qoyulması, vurulmuş zərərin əvəzinin ödənilməsi iddiası ilə Dövlət Komitəsini məhkəməyə verib.

Xarırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA