Yasamalın icra başçısından polis və icra əməkdaşlarına ƏMR

img

04-09-2014 [11:24]


Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev də yas mərasimlərində israfçılığın qarşısını almaq üçün tapşırıqlar verib.

Ötən gün Yasamal ərazisində təşkil olunmuş hüzr mərasiminə polis və icra əməkdaşları gəliblər. Onlar hökumətin tövsiyyəsini yada salaraq, israfçılıq etməməyi tapşırıblar.

Yas mərasiminin sahibi icra nümayəndəsinin xəbərdarlığını qəbul etdiyini, ayrı-seçkilik qoyulmayacağı və tövsiyyəyə bütün rayonda əməl ediləcəyi təqdirdə bu təşəbbüsə məmnunluqla qoşulacağını deyib. Daha sonra ağsaqalların məsləhəti ilə ehsan süfrəsində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.

Yas mərasimində eştirak edən əməkdaşımızın sözlərinə görə, məsələ uzun müddət məclis iştirakçılarının müzakirəsinə çevrilib və təqdir edilib.

Qeyd edək ki, artıq Sumqayıt və Gəncənin icra başçıları da yas israfçılığına qarşı xəbərdarlıqlara başlayıblar və bəzi məqamlarda inzibati metodlardan istifadə edilə biləcəyini də istisna etmirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA