Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
26-09-2025 [15:04]
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib.
Abşeron rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.
Belə ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib.
Emin Ramazanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi