1 ay ərzində nazirliyə daxil olan şikayətlər

img

03-09-2014 [19:49]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142-"Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşaiyət olunur. 

Belə ki, cari ilin avqust ayında 142- "Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4534 müraciətdən 93,6 faizi (4245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib. 

"Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA