"Gəncəbank"da rüşvət qalmaqalı

img

03-09-2014 [18:08]


Güzəştli kredit vermək üçün vətəndaşdan 6300 manat rüşvət alan "Gəncəbank"da zərərçəkən vətəndaşa, get kimə şikayət edirsən et, jurnalistlərin də "haqqı"nı vermişik deyiblər.

Bunu "Gəncəbank"a kredit almaq üçün 6300 manat verən və nə kredit, nə də verdiyi pulu ala bilməyən Gəncə sakini Şəbnəm Kərimova deyib. Kərimova bildirir ki, bankın şöbə müdiri Ramin adlı şəxs onlara, sizə kredit də vermiyəcəyik, pulunuzu da qaytarmayacağıq deyib: "Ramin bizə dedi ki, gedin kimə şikayət edirsiz, edin. Biz heç kimdən qorxmuruq, Jurnalistlər gəlmişdi, onların da haqqını verib yola saldıq”.

Xatırladaq ki, Şəbnəm Kərimova 31 iyulda saytımıza müraciət edərək, hərbçi olan nişanlısı Məmmədov Asif Məhərrəm oğlunun güzəştli kredit almaq üçün Gəncə Banka müraciət etdiklərini, bunun üçün bankda onlardan rüşvət istədiklərini, onların isə istənilən 6300 manatı, bankın kredit şöbəsinin əməkdaşı Ramil adlı şəxsə ödədiklərini və yanvar ayından bəri hələ də kreditlərini ala bilmədiklərini demişdi.

Məsələylə bağlı Gəncəbankın da münasibətini öyrənmişdik. Bankın adını demək istəməyən kredit şöbəsinin müdiri bütün bunların yalan olduğunu bildirsə də, sonra deyib ki, "həmin şəxslər bizə müraciət etsələr də, bank onların təklifini uyğun hesab etməyərək qəbul etməyib, kredit verməkdən imtina edib”.

Şəbnəm Kərimova isə bankın onların təklifini qəbul etmələri ilə bağlı əllərində sənədlərin olduğunu deyir. O bildirir ki, bank onlara 60 min manat kredit verməyə razı olub. Və bunun üçün də onlardan 6300 manat pul alıblar. Şəbnəm xanım məsələylə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiklərini və idarədən onlara cavab gəldiyini deyir. Onun sözlərinə görə, cavabda bu məsələnin yerində yoxanılacağı bildirilsə də, o vaxtdan indiyədək hələ heç bir tədbir görülməyib.

Onu da qeyd edək ki, redaksiyamız bankdan hadisə ilə bağlı münasibət öyrəndikdən sonra, bankdan Şəbnəm Kərimovaya zəng edərək şikayət etməmələrini söyləmişdilər.

simsar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA