İlham Əliyevlə Ərdoğanın təkbətək görüşündə nələr müzakirə olundu? - FOTOLAR

img

03-09-2014 [14:02]


Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AzərTAc-ın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. 

Bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirildi və münasibətlərimizin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA