Yeni icra başçısının işdən qovulan tələbə yoldaşına vəzifə verildi

img

03-09-2014 [13:35]


Ötən il oğlunun törətdiyi avtomobil qəzasına görə işdən cıxarılan Tərtər rayon icra başcısını birinci müavini Vidadi Bəylərova yeni vəzifə verilib. 

"Qafqazinfo” xəbər verir ki, rayona yeni icra başcısı təyin edilən Müstəqim Məmmədovun tələbə yoldaşı olan Vidadi Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib. Əvvəlki rəis Rüfət Qurbanov isə Kürdəmir rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib.

Xatırladaq ki, V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərli ötən il avtomabil qəzası törədib və bir nəfərin ölümünə səbəb olmuşdu. Bu fakta görə V. Bəylərov işdən çıxarılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA