"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
18-09-2025 [11:20]
Mia.az Xalq artisti Nəzakət Teymurovanın APA-ya müsahibəsini təqdim edir:
- Sizi dərs otağında görəndə məndə çox qəribə təəssürat yarandı. Həmişə sizi səhnədə görməyə adət etmişəm.
- (Gülür) hə, artıq dərslər başlayıb,
- Tələbələriniz əsasən gənclərdir. Sizin öz gəncliyinizlə indiki gəncliyin fərqi nədir?
- Milli musiqimizin bu günə qədər gəlib çatmasında xalqımızın böyük rolu olub. Xalqımız həmişə sənətə, sənətkara yüksək qiymət verib. Təbii ki, Heydər Əliyev Fondu da muğama və milli musiqiyə çox yüksək dəyər verir. Burada, əlbəttə, Mehriban xanım Əliyevanın xüsusi rolu var. Bizim dövrümüzdə isə təbliğat bu qədər güclü deyildi. Bir muğamı öyrənmək üçün ustadların siniflərinə gedirdik. Mənim müəllimim Nəriman Əliyev idi, amma biz başqa müəllimlərin dərslərinə də girib onlardan öyrənirdik. Hər ifaçıdan öyrənmək mümkün olmasa da, biz bacardığımız qədər faydalanmağa çalışırdıq. Həmişə tələbələrimə deyirəm ki, indi informasiya dövrüdür, amma siz bu informasiya bolluğu içində məlumatsızsınız. Mən bir muğamı öyrənmək üçün gedirdim AzTV-nin radiosuna, orada yalvarıb-yaxarırdım ki, muğamlarımızı kasetə yazıb versinlər, qulaq asım, öyrənim. İndiki gənclərin bəziləri isə buna səhlənkar yanaşır. Biz bu sənətdən maddiyyat güdməmişik, sadəcə öyrənmişik. Müəllimimiz də həmişə deyirdi: “Vaxt gələcək, efirə çıxmaqdan imtina edəcəksiniz, hələlik öyrənin”. İndikilər isə birinci kursdan məşhur olmaq, qazanc əldə etmək istəyir. Gənc xanəndələrin indiki şəraitdə sənətə biganəliyi məni təəccübləndirir. Müəllim dərsini keçir, amma dərsdən əlavə bütün ustadları dinləməli, onlardan nəsə götürməlidirlər. Musiqi savadlı olmaq, təkcə not bilmək deyil. Gənclər muğam sənətini ucuzlaşdırmasınlar, şəxsiyyət kimi formalaşsınlar və muğam sənətinin ağırlığını dərk etsinlər.
- İndi bəzi xanəndələr var ki, dolayı yolla başqalarını pisləyir, gənclərdə başqa ustadlara qarşı ikrah hissi yaradırlar.
- Mən o müəllimə aciz biri kimi baxıram. Mənim də qulağıma tez-tez çatır ki, bəzi müəllimlər tələbələrinə başqa müəllimin dərsinə girməyə icazə vermir. Bu, həmin xanəndənin özünə güvənsizliyidir. Mən şəxsən hamıdan bəhrələnmişəm, çünki bu sənət öyrənmək üzərində qurulub. Təəssüf ki, indiki tələbələr müəllimlərini yamsılayırlar. İllər keçdikdən sonra onlar sənətin əsl mahiyyətini başa düşəcəklər. Mən “Leyli və Məcnun”u illər əvvəl oynayanda elə bilirdim ki, mükəmməl ifa etmişəm. Sonra illər keçdi, geriyə baxanda utanırdım ki, bu nə ifa tərzidir? İndiki ifaçılarda isə bir az mənəm-mənəmlik müşahidə olunur.
- “Leyli və Məcnun”dan söz düşmüşkən, sizi uzun illərdir Leyli obrazını canlandırdığınıza görə tənqid edənlər var. Hələ də Leyli rolunu oynamağınızın səbəbi nədir?
- Mən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib, təyinatla gəlmişəm. Əvvəllər bizdə Elmi Şura var idi, bütün Leyli və Məcnun ifaçılarını da orada seçirdilər. Məni də həmin Şura Leyli obrazına təsdiq edib.
- Kimlər var idi həmin Elmi Şurada?
- Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Qəndab Quliyeva, Səkinə İsmayılova. Amma indi məncə seçim belə olmur.
- Bəs indi sözügedən rola görə bu qədər tənqid olunmağınızın kökündə nə dayanır?
- Onların hamısı sifariş edilmiş yazılar idi. O qədər ucuz yazılar yazırdılar ki, ifa və peşəkarlıq kənarda qalır, gedib dırnağıma irad bildirirdilər. Həmin yazılar çox ucuz şəkildə yazdırılmışdı. Mən artıq 7 il idi ki, öz ərizəmlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından işdən çıxmışdım. Çünki xoşuma gəlməyən məqamlar var idi.
- Niyə qayıtdınız?
- Sağ olsun, Opera və Balet Teatrının direktoru Yusif Eyvazov məni təsdiq etdi. Həmin vaxtdan bu yana 4 tamaşada çıxış etmişəm və onların hamısı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Burada təbii ki, tərəf-müqabilim, Xalq artisti Mənsum İbrahimovun da böyük payı var. Tənqidlərin əsas yönü budur ki, həmişə işləyən, səhnədə görünən adamlara qarşı zərbələr endirilir. Hətta bəzən o qədər işləyirəm ki, özüm-özümə yazığım gəlir. Evdə də deyirlər ki, bir az işlərinə ara ver, amma mən deyirəm: İşləməsəm, günlərim boş və mənasız keçir. Mən ad alıb boş oturan xanəndələrdən deyiləm. Ona görə də qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar, təəssüf ki, elə öz aramızda olan bəzi sənət adamları idi.
- Bu gün Leylini və ya Məcnunu oynaya biləcək gənclər var?
- Biz hər ifaçını potensial olaraq Leyli kimi, Məcnun kimi qörməliyik. Necə ki bizdən əvvəl var idi, bizdən sonra da olacaq.
- Bir şey ki, əvvəllər də olub, indi də var və gələcəkdə də olacaq, bəs bu, nəyin qısqanclığıdır?
- Birdən məni o qədər böyüdülər ki, deyirlər, Nəzakət qoymur mənə ad alım, Nəzakət qoymur filan rolda oynayım. Öz məğlubiyyətlərini kiminsə üstünə yıxmağa çalışırlar.
- İradlardan birini siz bayaq dediniz - dırnaq məsələsini. Bundan əlavə, estetik əməliyyat etdirməyinizlə bağlı da iradlar vardı. Deyirdilər ki, belə Leyli olmaz. Bəs Leyli necə olmalıdır və ümumiyyətlə xanəndənin xüsusi geyim qaydası var?
- Baxımsız olanda da danışırlar. Elə ifaçılarımız var ki, səhnəyə baxımsız çıxırlar, insanlar da ağızlarına gələn sözləri deyirlər. Qalmışıq belə ki, necə edək? Əlbəttə, xanəndənin öz imici var və ondan kənara çıxmamalıdır.
- Nədir o imic?
- Xanəndə zövqlü və baxımlı olmalıdır. Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz və ya dırnaq qoydurmaz? Hərdən o tənqidləri yazan adamlara o qədər hirslənirəm ki, deyirəm, siz mənə minnətdar olmalısınız ki, öz milli musiqimizi təbliğ edirəm. Gedib haramısa açıb göstərmirəm. Sosial şəbəkələrdə insanlar başqalarını tanımadan rəy bildirirlər və bu, xalqımız üzərində pis təsir qoyur.
- IX “Muğam” Televiziya Müsabiqəsində müəyyən söz-söhbətlər yarandı. Finalda sizin tələbənizin II yerə layiq görülməsini ədalətsizlik hesab edənlər oldu. Buna münasibətiniz necədir?
- Mən orada təkəm, sədr deyiləm. İki münsifdən başqa bütün münsiflər Nərminə səs vermişdi. Bundan əvvəlki müsabiqədə də başqa ifaçılara yer verəndə qərəzli deyildim, indi qərəzli oldum? O zaman da tələbəm var idi, yaxşı oxumamışdı, yer tutmadı. Amma mən heç vaxt öz tələbəmi qoymazdım ki, münsiflər heyətini tənqid etsin, video çəkib çıxışlar etsin. Belə hallar var ki, onları açıqlamaq istəmirəm. Mənə qarşı da haqsızlıqlar olub, amma heç vaxt çıxıb gileylənməmişəm. Muğamın imicinə xələl gətirmək istəməmişəm, sənətə qurban vermişəm.
- Sizcə sənəti və ailəni balansda saxlamaq mümkündür?
- Elə səslər var ki, onları eşidəndə deyirəm: bu yarışmaya qatılsa, orada birinci olar. Sonra I, II kursu bitirib ailə həyatı qururlar və o səslər itir. Bir neçə il sonra təzədən gəlirlər, ailə də yarımçıq qalır, sənət də. Bu sənətdə şans da lazımdır. Hər kişi qəbul etmir ki, onun xanımı ifaçı olsun. Bəzi şeyləri qurban vermək mümkündür, amma bəzən ailədən də keçmək olmur.
- Bildiyimə görə, müasir qəzəlxanlardan bəzilərinin qəzəllərini tədris proqramınıza salmısınız. Bu fikrə gəlməyinizə səbəb nə oldu?
- Yeni tədris ilində artıq həmin qəzəlləri təqdim edəcəm. Muğamlarımızda artıq neçə illərdir eyni qəzəllər ifa edilir. Mən də istədim ki, yeni qəzəllər olsun.
- Həmin qəzəlləri öz repertuarınıza əlavə etmisiniz?
-Bəli, əlavə etmişəm. Mənim Kamera Orkestri ilə layihələrim var. Sənət dostlarım, “Xarı Bülbül” muğam qrupunun rəhbəri Əliağa Sədiyevə hər zaman yanımda olduqları üçün təşəkkür edirəm. Bütün heyətin əziyyəti böyükdür; artıq 30 ildir bərabər fəaliyyət göstəririk.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi