Həyatım, səninləyəm, Tək-tənha olanda da-Leyla Əliyeva

img

03-09-2014 [00:05]


Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib."Ömür”adlı şeiri oxucuların ixtiyarına veririk.

(Жизнь)

Bax, ömrüm ötüb keçir,
Velosiped belində.
Dayan, məni də gözlə -
Ömrüm-günüm, axı mən
Cavabdehəm tək sənə?!.
Dayan, bir əyləci bas,
De, hara şütüyürsən?
Külək, ona sinə gər,
Bəlkə yavaşıdasan...

Bax, ömrüm ötüb keçir
Gödəkçədə, cəkmədə...
Sanki bir qəhrəmandır –
Rəssamın ağ lövhədə
qara rənglə çəkdiyi
o gözəlim əsərdə...
Ömrüm, dayan, bəri bax,
Ani olsa da belə...
Gündoğandan əriyən,
VAXTı əbədi elə...

Qürub çağını uzat
Uzat, sonsuza qədər.
Həyatım, məni gözlə
Ömrüm ötməsin hədər...
Yuxularda gəlirsən –
Mən səni görmək üçün.
Yuxu nədi – tapmıram...
qucub xəyallarını
gözü açıq qalıram...

Həyatım, səninləyəm,
Tək-tənha olanda da.
O sirli, o atəşli
iti baxışlarınla
məni ovudanda da...
Sən... təbiət kimisən –
hər fəslin yerindədir...
sirdaşlıq örnəyisən,
gözəllik... qəlbindədir..!

Ruscadan çevirəni: Mahir Qabiloğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA