02-09-2014 [21:19]
Deputat Adil Əliyev də yas mərasimlərində israfçılıq hallarından narazıdır. O, Facebook-da bu haqda çıxış edib.
Mia.az Adil Əliyevin statusunu təqdim edir:
"Mən də Azərbaycanda yas
mərasimlərində israfçılığa qarşıyam, illərdir bu haqda yazır və fikrimi
bildirirəm. Yaslarda israfçılığa qarşı tədbirlər ilk olaraq Naxçıvanda tətbiq
edildi və yeni qayda insanların rəğbətini qazandı. İndi Naxçıvanda yaslarda
ancaq çay və qənd verilir, ən doğrusu da elə budur. Çünki yaxınını itirən şəxs
belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə
təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda
fikirləşir. Yaslarımız israfçılıq məkanına çevrilib ki, bu dinimizə də ziddir.
Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini
dəstəkləyirəm.
Bununla paralel olaraq digər israfçılıq mənbəyinə çevrilən
toylarımıza da əncam çəkməyin vaxtıdır. Təəssüf ki, yaslarımız kimi toylarımız
da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr
bahalı menyular sifariş etsəydilər, bəlkə də problem olmazdı. Deyərdik ki,
özləri bilər, pulları çoxdur, nə istəyirlər onu da sifariş edə bilərlər.
Halbuki, həddən artıq dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır
ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük
pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək
israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və tənzimləmə mexanizmi
lazımdır ki, kasıb və orta təbəqə imkanlı şəxslərin girovuna çevrilməsin.
İmkanlı şəxslər isə bu tənzimləmə mexanizmini əllərində rəhbər tutaraq kasıb və
orta təbəqəni öz varidatları ilə qıcıqlandırmasınlar. Möhtərəm prezidentimiz
İlham Əliyevin də siyasəti ona yönəlib ki, vətəndaşlar arasında ayrı-seçkilik
olmasın, təvazökarlıq ön planda tutulsun.
Şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini
diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində
qalır. Adətən razılaşma belə olur ki, toy sahibi mərasim bitdikdən sonra
məslicdə yığılan pulu şadlıq sarayının rəhbərliyinə çatdırmalıdır. Bəzən
elə hallar olur ki, ev sahibi toyda gərəkən miqdarda pul toplaya bilmir. Şadlıq
sarayının rəhbərliyinin isə tələb etdiyi pulun tamamını toplamayınca bəylə
gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik. Toylarda masa üzərinə
qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 80 faizindən
istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə
istifadə etdiyi bilinmir. Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur,
qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki, toylarda da
qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək
mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş "yaxşı deyil” deyib
başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun
səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm
də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili
qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir.
Statusumu möhtərəm
prezident İlham Əliyevin çıxışlarının birində dediyi fikirlə yekunlaşdırmaq
istəyirəm: "İnsanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da,
siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və
bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə
xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi