Bakıda icra başçısı “Planet”i sökdürür

img

02-09-2014 [15:13]


Nizami Rayon İcra Hakimiyyəti Bakının məşhur şadlıq saraylarından olan sökülməsi ilə bağlı tapşırıq verib.

Məlumata görə icra hakimiyyəti obyekt rəhbərlyiininə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb.

İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına vaxt qoyub.

"Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb”,- deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, paytaxt Bakıda yerləşən restoranlar arasında "Planet” gəlin maşınının zala daxil olması özəlliyi ilə məşhurdur(Azvision.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA