Müdafiə Nazirliyindən Prezidentin tapşırığı ilə bağlı AÇIQLAMA

img

02-09-2014 [14:11]


Bir neçə gün öncə Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı qeyd edib ki, əsgərlərin mülki işlərlə məşğul olması onları əsas fəaliyyətdən ayırır.


Prezidentin sözlərinə görə, yemək bişirmək əsgərin peşəsi deyil və bu işlərə mülki şəxslər cəlb olunmalıdır.  


Aktual.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, artıq nazirlik müvafiq tapşırıqla bağlı bir sıra addımlar atıb: "Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tapşırığına və müdafiə nazirinin əmrinə əsasən bu işlər həyata keçirilir". 


Nazirliyin mətbuat xidmətindən o da bildirilib ki, artıq bu işlərə mülki adamları götürmək üçün ştat vahidi də müəyyən edilib: "Bu məqsədlə 3 mindən artıq mülki şəxs işlə təmin edilib. Bu məsələləri həll etməklə şəxsi heyətin diqqəti sırf döyüş hazırlığı məsələlərinə yönəldilir. İşə qəbul olunmuş şəxslər müəyyən edilmiş şərtlər əsasında, ştat kateqoriyasına uyğun olaraq əməkhaqqı ilə təmin ediləcəklər". 


Xatırladaq ki, prezident İlham Əliyev Füzulu rayonuna səfəri zamanı Horadiz qəsəbəsində bir ailənin qonağı olan zaman qeyd edib ki, əsgərlərin mülki işlərlə məşğul olması onları əsas fəaliyyətdən ayırır: "Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil. Elə buna görə də göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaata həvalə etmək lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA