CHP-nin keçmiş sədri 25 dəqiqəlik görüşdən sonra: "Kılıçdaroğlu geri dönmək istəyir, belə edərsə, küçəyə çıxa bilməz"
09-09-2025 [13:58]
CHP-nin keçmiş sədri Hikmət Çətin parlamentdə MHP-nin sədr müavini Feti Yıldız ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MHP sədri Dövlət Baxçalının istəyi ilə baş tutan görüşlə bağlı siyasi dairələrdə maraqlı söhbətlər dolaşmağa başlayıb.
CHP-nin sabiq sədri Çətin 25 dəqiqəlik görüşdə ölkədəki məsələlərin qısa müzakirə olunduğunu təsdiqləyib.
O, daha sonra CHP ilə bağlı başlayan kampaniyaya da toxunub: "Belə görünür ki, Kamal Kılıçdaroğlu yenidən partiyaya rəhbərlik etmək niyyətindədir. Kamal bəy, hazırkı vəziyyətlə bağlı, ümumiyyətlə, heç nə demir. Düşünürəm ki, onun sədrliklə bağlı belə bir niyyəti var, amma belə olarsa, bu, çox pis olacaq, o, çölə çıxa bilməyəcək"

Hikmət Çetin və Feti Yıldız
CHP-nin sabiq sədri ilə görüşlə bağlı MHP-nin "ağırçəkili topları"ndan olan Feti Yıldız isə bildirib ki, görüşdə ümumi mövzulardan danışıblar: "Mövcud siyasət, insanların durumu və bələdiyyələrdəki həbslər və s. mövzulardan danışdıq..."
Feti Yıldız CHP-li bələdiyyə və təşkilatlara qəyyum təyinatını pisləyib: "Bu, düzgün deyil".
Xatırladaq ki, həm də Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çətin 2 sentyabr 2025-ci il tarixində MHP sədri Dövlət Baxçalı ilə MHP-nin qərargahında görüşüb. Həmin vaxtı MHP sosial media hesabında belə paylaşım etmişdi: “TBMM-in keçmiş sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri MHP-yə sürpriz səfər. Lider Dövlət Baxçalı ilə MHP-nin qərargahındakı təkbətək görüş təxminən bir saat davam etdi və cənab Baxçalı cənab Çətini səmimiyyətlə yola saldı."
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi