Ziya Məmmədovun oğlu media layihəsini gerçəkləşdirdi

img

02-09-2014 [13:43]


"Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nüfuzlu "National Geographic” jurnalının Azərbaycan dilindəki ilk buraxılışını dərc etdirib.

Sentyabrın 1-dən 1-ci sayı işıq üzü görən "National Geographic Azərbaycan” jurnalı bu gündən satışa çıxarılıb.

Jurnalın redaksiyasından Modern.az saytına bildiriblər ki, azərbaycanlı oxucular dünyanın ən maraqlı, ən cəlbedici jurnalını doğma dildə oxumaq üçün onu "Qasid” firmasının köşklərindən ala bilərlər. Jurnalın qiyməti 4 manatdır.

"Qarant Holdinq” şirkətlər qrupunun bu il martın 3-də "National Geographic” jurnalı ilə imzaladığı müqaviləyə əsasən, dünyanın ən nüfuzlu "National Geographic” jurnalı ilk dəfə Azərbaycanda dərc olunur. Bu, Anar Məmmədovun ilk media layihəsidir.

Qeyd edək ki, "Qarant Holdinq” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O həm də Azərbaycan Qolf Federasiyasının prezidentidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA