Qazaxda Ermənistan vətəndaşı saxlanılıb- Rəsmi

img

01-09-2014 [22:36]


Avqustun 26-da Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.

Mia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistan Respublikasının Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.

Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər.

Saxlanılan Ermənistan Respublikasının vətəndaşı hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA