30-08-2014 [14:00]
İstər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istərsə də ictimaiyyətlə təmas baxımından heç bir fəaliyyəti olmayan deputatlar arasında parlamentə ilk dəfə mandat qazanan millət vəkilləri xüsusi yer alır.
Milli Məclisin fəaliyyətini yaxından izləyən Editor.az-ın passiv parlamentailərin fəaliyyəti ilə bağlı araşdırması bir çox mətləblərə işıq saldı.
Dörd illik deputat fəaliyyəti boyunca passivliyi ilə seçilən deputatların sırasında 79 saylı İmişli seçki dairəsini təmsil edən deputat Əsabil Qasımov ilk sırada yer alır. Un–makaron məmulatları, qida, tikinti, otel və digər biznes sahələrində öncüllüyü ilə seçilən "Karat Holdinq”in yaradıcısı Əsabil Qasımovun parlamentin bircə iclasında nə çıxışına, nə də qanunvericilik təşəbbüsü irəli sürməsi faktına rast gəlmədik.
11 saylı Qaradağ seçki dairəsini təmsil edən deputat Ağalar Vəliyev də İmişlidən olan həmkarından geri qalmır. Tikinti sektorunda aparıcı paya malik "Azəraqrartikinti” şirkətinə rəhbərlik edən A.Vəliyev həm də mətbuata qapalı deputatlar sırasında yer alır.
39 saylı Kəpəz I (Gəncə) seçki dairəsini təmsil edən deputat Xanlar Fətiyev Milli Məclisdə yox, AFFA-da təmsil olunsaydı, daha aktiv olardı deyimi də onun deputat kimi yox, "Kəpəz” futbol klubunun prezidenti və Gəncə Avtomobil zavodunun direktoru olaraq fəal çalışdığını ortaya qoyur.
121 saylı Laçın seçki dairəsini təmsil edən deputat Nazim Fərəcovu çoxları Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı kimi tanıyır və adı daha çox mətbuatda qalmaqalllarda hallanır.
55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən Azər Kərimlinin fəaliyyətinə isə ötən aylarda jurnalistlər arasında keçirilən sorğu zamanı əsl qiymət verilmişdi. Sorğuya qatılan və Milli Məclisin fəaliyyətini yaxından izləyən 10 jurnalistin heç birinin onu tanımaması A.Kərimilinin deputat kimi faktiki mövcudluğunu sual altına qoyurdu.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi təmsil edən deputat Ərəstun Cavadov da passiv deputatlar siyahısında yer alır. Ara-sıra mətbuata açıqlama verən deputatın dəfələrlə müsahibə verdiyi mətbu orqanların adını yadda saxlaya bilməməsi onun deputat kimi fəaliyyətə qeyri-ciddi yanaşmasının göstəricisi sayıla bilər.
32 saylı Suraxanı üçüncü seçki dairəsini təmsil edən deputat Ağacan Əbiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olaraq fəal olsa da, parlamentdə passiv deputatlar sırasında yer alır.
Bir zamanlar Ayaz Mütəllibovun alovlu təbliğatçılarından olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin nə deputat, nə də partiya sədri kimi heç bir fəaliyyəti hiss olunmur. Parlamentdə təmsil olunan partiyalara dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etməsi Sabir Hacıyevin növbəti seçkilərdə iştirak etməyəcəyinə işarə sayıla bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi