30-08-2014 [12:24]
Sakin MİA-ya göndərdiyi müraciətində Mingəçevir şəhərində oğurluq, cinayətkarlıq hallarının baş alıb getməsindən və bütün bu olanlara polis rəisi Ələsgər Bədəlovun göz yummasından şikayətçidir. G. Nəbiyeva özünün də oğurluq hadisəsinin qurbanı olduğunu saytımıza göndərdiyi müraciətində ölkə prezidentinin diqqətinə çatdırıb.
O qeyd edir ki, polis şöbəsinin rəisi Ə. Bədəlovun hər işi pulla həll etməsi bu cür halların baş verməsinə şərait yaradıb: "Şəhərdə polis rəisinin haqsızlığına məruz qalan yüzlərlə vətəndaşdan biri kimi bildirirəm kı,intihar həddindəyəm. Belə getsə, körpüdən özünü atan və ya od vurub yandıranlardan biri də mən olacam. 4 uşaq anasıyam. Böyük bir ailənin yeganə qazanc yeri evimizin qarşısında yerləşən mağazadır. Binamızın qarşısında sahibi olduğum mağaza 4 ayda 2 dəfə yarılıb. Oğru tutulub, sonra rəisə rüşvət verərək buraxılıb.
Mən banklara borcluyam, ödəyə də bilmirəm. 2-ci dəfə oğurluq hadisəsi baş verəndən sonra onlar tutulub və mənə bu haqda məlumat da verilib. Onlardan biri Səttar Elman oğlu cinayətini də boynuna alıb. Onu 3 gün polis şöbəsində saxladılar. Polis rəisi şəxsən dedi ki, oğrunu tutmuşuq, boynuna da alıb, sənin pulun da ödənəcək. Sonra oğru buraxıldı və rəis mənə dedi ki ”əvvəl boynuna almışdı, indi deyir mən etməmişəm, zorla boynuna qoyası deyiləm ki?”.
Gülər Nəbiyeva qeyd edir ki, bu hadisədən sonra Mingəçevir şəhər Polis Şöbəsinin yollarında qalıb: "Daxili işlər Naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edərkən onunla görüşdüm. Mən bu cinayəti gizlədildiyi haqda məlumat verdim, cənab nazirdən oğurlanan malların pulunun geri qaytarılmasını xahiş etdim. Amma maraqlısı budur ki, rəis Ramil Usubovun qəbulunda əvvəlki dediklərinin əksinə olaraq oğrulara evdə həbs verdiyini dedi. Nazir rəisə əsəbləşdi, ona oğruları təcili həbs etməyi tapşırdı. Ə. Bədəlov nazirə söz verdi ki, oğru tutulacaq və qadına dəymiş ziyanın ödənılməsi təmin olunacaq.
O, mənimlə yanaşı ölkənin Daxili işlər Nazirini də aldatdı. Rəis nazirin tapşırığına da saymazlıq edərək oğruları yenə də tutmadı. Nazirin qəbuluna min bir əziyyətlə yazılmışdım. Şöbədə yazılmaq istəsəm də yazmadılar, əksinə rəis məni çağırıb şikayət etməkdən çəkindirmək istəyirdi. Mənə ”Qorxmursan oğlanların var, sən bu şəhərdə yaşamırsan? " deyə hədələdi. Min bir əziyyətlə Bakıya zəng edib borcum olduğunu və qəbula salınmayacağım halda özümü yandıracağımı dedikdən sonra məni qəbula saldılar. Amma bu görüşün də heç bir nəticəsi olmadı.
Oğrular sərbəst şəhərdə gəzir. Mənim malımı yedikləri bəs deyil, elə bil adama acıq verirlər. Mən borcun içindəyəm. Mənə dəyən ziyan 5000 manat pulun əvəzinə bankda borcum artıq 13 min manata çatır.
Özümü öldürmək dərəcəsinə çatmışam. Mənim övladım hərbçidir, yeganə gəlir yerimiz o mağazadır. Neçə dəfə intihar etmək istəmişəm. Əgər bu məktubuma da baxılmasa, mallarımı qaytarıb oğrular tutulmasa, Mıngəçevirin rəisi məni ələ saldığına və oğruları buraxdığına görə cəzalanmasa, mənim körpüyə çıxıb özümü atmaqdan, ya da od vurub yandırmaqdan başqa çarəm qalmır”.
Məsələ ilə bağlı yazıda adları çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi