Ombudsman ədliyyə nazirinə müraciət etdi

img

29-08-2014 [18:56]


Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, Azərbaycan ombudsmanının İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.

Başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmələr zamanı müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda, sanitar tibb hissəsinə baxış keçirilib, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilib, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA