Məmurlar əlbəyaxa oldu, bələdiyyə sədri müdirin qolunu qırdı

img

29-08-2014 [17:28]


Xaçmaz rayonunda bələdiyyə sədri rayon torpaq şöbəsi müdirinin qolunu sındırıb.


Publika.az-ın yerli mənbələrdən əldə etdiyi məlumata görə, bir həftə öncə Xaçmaz rayon bələdiyyə sədri Rəşad Qasımovla rayon torpaq şöbəsinin müdiri Adıgözəl Tağıyev arasında telefon söhbəti zamanı mübahisə yaşanıb.

Bundan sonra R.Qasımov A.Tağıyevin kabinetinə gedir. Kabinetdə əlbəyaxa dava zamanı bələdiyyə sədri şöbə müdirinin qolunu sındırıb. Davanın səbəbinə gəlincə, mənbə bildirir ki, vaxtilə bələdiyyə sədri olmuş, hazırda da isə R.Qasımovun müavini köhnə tarixlə torpaqları satır, A.Tağıyev isə imzalayırmış.

Mənbə bildirir ki, hadisəni rayon rəhbərliyi gizli saxlamağa çalışır. Məsələ ilə bağlı araşdırmamız davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA