Şeyxin Gürcüstan səfəri - VİDEO

img

29-08-2014 [17:27]


Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanda səfərdədir.

ANS TV-nin məlumatına görə, Şeyx səhər saatlarında Tiflis Beynəlxalq Hava Limanında Gürcüstanın baş patriarxı II İliyanın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən qarşılanıb. Hacı Allahşükür Paşazadə dəvətinə görə II İliyaya təşəkkürünü bildirib. 

Gürcüstan katalikosu da Azərbaycanla Gürcüstan arasında isti münasibətlərin yaranması və qorunmasında hər iki dini qurumun müstəsna xidmətləri olduğunu qeyd edib. Səfər çərçivəsində Gürcüstanın baş naziri də daxil olmaqla bir sıra dövlət rəsmilərilə Şeyxin görüşü planlaşdırılır. 

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin həmçinin 65 illik yubileyinin də Gürcüstanda qeyd olunacağı bildirilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA