29-08-2014 [13:32]
Müsavat Partiyasının qurultayına bir aydan da az qalıb. Qurultayqabağı diqqət çəkən əsas məsələ isə başqanlığa iddialıların kimlər olmasıdır. Əslində, namizədlərin əksəriyyəti bəllidir. Artıq iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. Onların arasında Müsavatın Divan üzvləri Tural Abbaslı, iqtisadçı-ekspert Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.
Modern.az saytı başqanlığa iddialı olan namizədlər arasında qurultayqabağı təbliğat işlərinin necə aparacaqları barədə sorğu keçirib.
Namizədliyi artıq təsdiqlənən Tural Abbaslı qurultaya daha ciddi hazırlaşdığından təbliğat işini də yüksək səviyyədə qurduğunu düşünür: "Əvvəla, bizdə parlament, prezident, yaxud bələdiyyə seçkiləri keçirilmir. Əsas təbliğat artıq seçilmiş qurultay nümayəndələri arasında gedir. Qurultaya 600-ə yaxın nümayəndə seçilib. Təbii ki, hər biri ilə ünsiyyətdə olmağa çalışacağıq. Bu, bir az çətin məsələdir. Qurultay nümayəndələrimiz regionları da əhatə edir. Düzdür, istərdik ki, bütün regionlara gedək, müsavatçılarla birbaşa söhbətlər edək, fikirlərimizi bildirək. Bundan başqa, sosial şəbəkələrin verdiyi üstünlüklər də var. Burada bir fərqli nüans var. Biz təbliğatımızı təkcə qurultay nümayəndələri və müsavatçılar arasında yox, həm də cəmiyyətin şahidi olmasını istəyirik. Çünki Müsavat Partiyasında baş verən proseslər cəmiyyətin də marağındadır. Müsavatda seçki yolu ilə dəyişikliyin olması dolayı yolla cəmiyyətə də təsir edəcək. Nəzərə almaq lazımdır ki, daxili seçkilərlə, qurultay vasitəsilə formalaşan rəhbərlik, gələcəkdə həmin partiyanı seçkilərə aparacaq. Həmin insanları cəmiyyətimizə parlament, bələdiyyə namizədləri kimi təqdim edəcək. 2018-ci ildə prezident seçkilərinə namizəd kimi təqdim edəcək. Odur ki, biz xalqla partiya arasında yaxınlıq, doğmalıq yaratmaq istəyirik. Təbliğatımı rəqiblərimdən daha güclü aparmaq üçün qurultay üzvü olmayan müsavatçılarla da görüşürük, onların fikirlərini dinləyirik. Fiziki imkanlarımız yol verdiyi dərəcədə bunu edəcəyik. Seçkinin bir müsbət tərəfi də odur ki, partiya daxilindəki prosesləri analiz edirsən, sanki yenidən nəyisə kəşf edirsən, regionlara çıxırsan, regionların problemlərini üzə çıxarırsan. Qurultay təkcə başqanlıq seçimi ilə fərqlənməməlidir”.
Başqanlığa iddialı Arif Hacılı hələ ki təbliğatla bağlı nəsə demək fikrində deyil: "Başqanlığa namizədliyimi hələ ki irəli sütməmişəm. Ona görə də bu barədə danışmaq istəmirəm”.
Başqanın keçmiş müşaviri Səxavət Əlisoy da Arif Hacılı kimi eyni fikirdədir: "Mən hələ rəsmən başqanlığa namizədliyimi verməmişəm. İnşallah, namizədliyimi rəsmiləşdirdikdən sonra, təbliğatla bağlı suala cavab verə bilərəm”.
Qubad İbadoğlu isə hələ ki susmağa üstünlük verir. Görəsən, niyə?
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi