“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü"
19-08-2025 [09:38]
Azərbaycan Premyer Liqasının sponsoru yenə "Azərlotereya"nın “Misli” brendi olub.
Mia.az xəbər verir ki, mərc oyunlarını keçirənlərlə yeni futbol mövsümü üçün sponsor müqaviləsi bağlanıb.
Beləliklə, bu mövsüm Premyer Liqa yenə "Misli"nin titul adıyla yanaşı yazılacaq.
Əslində, mövsüm bitəndə sponsor müqaviləsi də yekunlaşmışdı və bəzi iddialara görə, "Misli" Premyer Liqadan çəkiləcəkdi.
PFL ilə Misli arasında sponsorluğun davamına dair müqavilə isə fərqli düşüncədə olanların romantikasını bitirdi.
Ölkədə qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya"nın bəzi əməkdaşları hazırda AFFA-da müxtəlif vəzifələrdə təmsil olunur və belə halda futbolun mərc oyunlarından kənarda mövcud olduğunu düşünmək saflıq olardı. Bizimçün maraqlı olansa “Misli”nin futboldan nə qazandığı yox, futbolumuzun onlardan qazancının nədən ibarət olduğudu.
Müqavilə şərtləri tam açıqlanmasa da, yayılan məlumatlarda “Misli”nin təkcə futbolun yox, ümumilikdə ölkənin idman həyatında əhəmiyyəti vurğulanır. Bildirilir ki, “Misli” futbolumuzun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. Hansı tərəqqi və hansı layihələr, məlum deyil.
Bəlkə fan klublara dəstəkdən gedir söhbət? Bəlkə oyunlardan öncə fan zonaların təşkili? Ya bəlkə daha böyük işlər, məsələn, region futbol akademiyalarının fəaliyyətinə dəstək? Stadionların süni ot örtüyü probleminin həllinə yardım? Futbol mütəxəssislərinin beynəlxalq təcrübəsinin maliyyələşdirilməsi? Nə də axı?
“Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyar olması üçün əhəmiyyətli imiş. Mən nə vaxtdı, bu populyarlıq və inkişaf sözünün arasındakı məntiqin arxasıyca düşmüşəm və “Misli” mərc oyunları platformasından o yana gedə bilmirəm. Futbolumuz “Misli” sayəsindəmi populyar olub?
Premyer Liqada 4 mövsümdü ki, gözümüzü “Misli” sözü bəzəyir. Yenə verdikləri vəsait sanballı olsaydı, adamda bu qədər təəccüb yaratmazdı. “Misli” ilə futbola maraq necə artdı axı, bəlkə mən avam adamam, bunları anlamıram? Yaxud hansı layihələrlə “Misli” azarkeşlərin diqqətini cəlb edib? Kommersiya baxımından futbola dəyərindən heç danışmayaq, lütfən. Premyer Liqa klubları hərə öz başını saxlayır.
“Misli”nin PL-da davamlı sponsorluğu elə-belə məsələ deyil. Bu, uzunmüddətli, dayanıqlı dəstəkdi. Amma kimin və nəyin üçün? Kağızda yazılanlara görə, ortada qazanan Azərbaycan futboludu. Onun dayanıqlı inkişafıdı. Bu inkişafı kim harada görsə, mənə də xəbər eləsin, zəhmət olmasa. Sizi bilmirəm, mən “Misli”nin indiyə qədər futbolumuzun geniş auditoriyaya çıxarılması, azarkeşlərlə əlaqələr, PL-da rəqabət qabiliyyətinin artırılması sahəsindəki fəaliyyətinə dair açıq internet resurslarda heç bir təsdiqləyici məlumata rast gəlməmişəm. Belə mühüm, vacib məsələlər bəlkə, əlaltından edilir? Göz dəyməsin deyə?
İnsafən, “Misli” media ilə əməkdaşlıq edir. Yəni, bəzi içtimai tədbirlərdən, o cümlədən, yarışların birbaşa yayımından biz çox faydalanırıq.
Vəssalam.
Bundan ötrü o boyda Premyer Liqanın adının yanında titula dönmək lazımdı?
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi