Peşəkar Futbol Liqası "boz bina"dan uzaqlaşdı
18-08-2025 [00:13]
Azərbaycan Peşəkar Futbol Liqası (PFL) yeni ofisə köçüb.
Mia.az xəbər verir ki, uzun illər Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) binasında fəaliyyət göstərmiş PFL nəhayət, özünə aid bir ofisə daşınıb.
Bundan sonra jurnalistlər PFL-i Əhməd Rəcəbli 185 ünvanında ziyarət edəcəklər.
“Köç məsələsi lap yerinə düşdü”, sözünü ürəklə deyə bilərəm. Zatən AFFA-nın boz binasını mən rəngarəng və səmimi atmosferi olan PFL-lə heç tutuzdura bilmirdim. Mən bilən, PFL-in orada texniki baxımdan heç rahatlığı da yox idi. Texniki deyirəm, amma adamların işinin ruhu da AFFA-dakıların şinelinə uymurdu: kənardan baxanda adamın beynində mərc platforması sintezini yaradanların yanında PFL-in nə işi ola bilərdi? Bir-birinə tamamilə zidd platformalardı, sadəcə.
Köç proses hələ bir ay əvvəldən başlanmışdı və eşitmişdim ki, PFL-in AFFA-dakı boş qalan otaqlarına Futbolun İnkişafı Fondunun (FİF) yerləşdirilməsi söhbəti var. Ya bəlkə mərc oyunlarını yönəldənlər də gəlib otura bilər o otaqlarda.
PFL idman mediasının ən çox ünsiyyətdə olduğu qurumdu. 2008-ci il iyul ayının 2-də yaradılıb. Premyer Liqa, Azərbaycan kuboku, I, II və Əvəzedicilər liqası yarışlarının keçirilməsinə cavabdehdi. Əsasnamə əsasında fəaliyyət göstərir. İdman mediasının fəaliyyətini futbol liqaları ilə əlaqələndirir və həmçinin oyunlarda iştirakçılığını təmin edir.
PFL həmçinin il ərzində bütün liqalar üzrə oyunların statistik təsnifatını, müxtəlif göstəricilər üzrə illik və ya rüblük nəticələrin ümumiləşdirilmiş xülasəsini hazırlayır və cəmiyyətə təqdim edir. Sözün əsl mənasında peşəkar komandaya, texniki və universal işçi qüvvəsinə malik olan PFL, idman mediasının dayaq nöqtəsi və birləşdirici ortaq xətti olaraq illərdi, duruşunu və qamətini dəyişməz olaraq saxlayır.
Bozun yanında rəngini dəyişmədən dayanmaq çox zor idi.
Yeni yeriniz xeyirli-uğuru olsun.
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi