Ramil Usubovdan kadr dəyişikliyi-TƏYİNAT

img

28-08-2014 [16:40]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib. MİA aznews.az-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov vəzifəsindən azad edilərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə isə yeni təyinat əmri verilməyib. Qəhrəman Qələndərov açıqlmasında xəbəri təsdiqləyib. Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) rəis müavini Rəşadət Babayev bir neçə ay əvvəl nazirin müvafiq əmri ilə DYP-nin Yol-Patrul Xidməti alayının komandiri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA