"Meliorasiya və Su Təsərrüfatı" ASC-dəki «Cavad qruplaşması»nın yeni fırıldaqları

img

27-08-2014 [13:23]


"Meliorasiya və Su Təsərrüfatı" ASC-də «Cavad qruplaşması» haqda yeni ilginc faktlar yayılıb. Bildirilir ki, qruplaşmanın üzvləri olan cəmiyyətin sədr müavini, əslən Sabirabadın Cavad kəndindən olan Zakir Quliyev bütün qohumlarını başına toplayaraq böyük maxinasiyalarla məşğul olur. 

Qeyd edək ki, Zakir Quliyev dövlət büdcəsindən ayrılan vəsaitləri yaxın qohumu olan, Sabirabadda yerləşən regional idarənin rəisi Elman Nuriyevin vasitəsilə ilə gerçəkləşdirir. İnformasiyaya əsasən Zakir Quliyev qardaşı Namiq Quliyev Kapitalbank-ın Şirvan şəhər şöbəsinin müdiridir. Elman Nuriyev tabeçiliyində olan Mirəlif Əzizovun vasitəsilə böyük maxinasiyaları da məhz Kapitalbank-ın Şirvan filalında həyata keçirir. 

Dia.az-a daxil olan informasiyaya əsasən, Elman Nuriyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, bibisi oğlu Zakir Quliyevin göstərişi ilə cəmiyyətin bütün bank hesablarını Kapitalbankın Sabirabad və Şirvan şəhər bölmələrində yerləşdirib. İstər Mirəlif Əzizovun, istərsə də, Elman Nuriyevin tabeçiliyində olan bütün idrələrin işçilərinin əmək haqqı kartları bu bank vasitəsi ilə verilir. Lakin əmək haqqı kartları işçilərə yox, Zakir Quliyevin qardaşının göstərişi ilə elə Mirəlif Əzizova verilir. Həmçinin də Elman Nuriyevə də eyni metodla işçilərinə təqdim edilir. Məlumatlara əsasən Kapitalbankın Sabirabad filalında rəhbər işləyən Qəşəm Qasımov da Zakir Quliyevin yaxın qohumudur. Q.Qasımov da bununla bağlı olaraq bir sıra yeyintilərin iştirakçısına çevrilib.

İnformasiyalara əsasən ilk Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədri Əhməd Əhmədzadə müavini Zakir Quliyevin yaratdığı çetenin fəaliyyətini araşdırmaq üçün göstəriş də verib. Mətbuatda dərc edilən təkzibedilməz faktlardan sonra hətta ən yüksək dairələrdən Ə.Əhmədzadəyə tapşırılıb ki, müavinin Mərkəzi Aran üzrə qurduğu şəbəkənin fəaliyyəti araşdırılsın. Bu araşdırmaların predmetində hətta Bəhramtəpə idarəsinin müdirinin də adı keçir. Bu barədə əvvəlki yazılarımızda məlumat vermişdik. 

Bundan başqa daxil olan məlumatlara görə, Sabirabadda yerləşən Elman Nuriyevlə, Mirəlif Əzizovun yaxın qohumlarının qurduğu şəbəkə həm də avtomobillər üçün dövlət büdcəsindən ayrılan yanaağın satışı ilə də məşğul olurlar. Hətta bir müddət əvvəl Elman Nuriyevin yaxın qohumu və onun idarəsində işləyən Zabil Ağayev Kürdəmirdə benzin satan zaman polislər tərəfindən yaxanlanmışdı. Ələ keçdiyini biləndən sonra isə Zabil Ağayev özünü yandırmışdı. Sonradan məlum olmuşdu ki, əslində Z.Ağayev benzini öz təşəbbüsü ilə deyil, ənənəvi olaraq Elman Nuriyevin göstərişi ilə satışa çıxarırmış. 

Və özünə qəsd etdiyini zaman idarənin baş mühəndisi də həmin yerdə olub. Bundan başqa Elman Nuriyevin himayə etdiyi Mirəlif Əzizovun adamı olan və idarənin texniki parkına rəhbərlik edən Əliş Talıbovdan da şikayət daxil olub. 

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. (dia.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA