Ermənilərlə qohum olan Azərbaycan deputatları-ŞOK İDDİA

img

27-08-2014 [12:57]


Baş nazirin sabiq müavini Abbas Abbasovun qaynanasının erməni olduğu, yəni, faktiki olaraq indi deputat olan Aydın Abbasovun anasının erməni olduğu barədə açıqlama yayan medya orqanları daha bir məsələni araşdırmalı olacaqlar. Bu, Gəncəli deputat Asəf Hacıyevin qaynanasının erməni olması ilə bağlıdır.

Azerbaycansaati.com-a məlumat verən mənbə bildirir ki, Asəf Hacıyevin bacısının əri də Gəncədə yaşayan Vova adlı erməni olub. 90-cı illərdə Vova Azərbaycanı tərk edib, ailəsi isə Azərbaycanda qalıb. İndi Vovanın Gəncədə oğlu var və o, şəhərin hörmətli tanınmış iş adamlarından biridir.

Sayta məlumat verən mənbə bildirir ki, Vovanın oğlu bir ara ölkənin bərk gedən ailələrindən biri ilə qohum olmaq istəyib, amma onu yaxşıca əzişdiriblər və ,,biz erməniyə qız vermərik,, hökmü ilə o iddiasından geri çəkiblər.

Erməni ilə qohumluq faktının elə bir kriminal yaratmadığını nəzərə alaraq, bu məlumatı saytımızda veririk və qarşı tərəfin münasibətini də öyrənməyə çalışacağıq. Amma eyni zamanda, onu da istisna etmirik ki, bu məlumatı hakimiyyət daxilində Asəf Hacıyevlə intriqası olan çevrələr yayıblar.

Maraqldıır ki, bu xəbər facebookda yayılandan sonra facebook istifadəçilərindən biri onun qaynanasının deyil, anasının erməni olduğu iddi etdi. Həmin istifadəçi fb-də əlavə etdi ki, deputat Səməd Seyidovun qaynanası ermənidir.

Azerbaycansaati.com



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA