Avropa İttifaqından ABŞ-da imzalanan mühüm bəyannaməyə baxış... - TƏHLİL
11-08-2025 [13:38]
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları təkcə regionun deyil, həm də dünya ictimaiyyətinin xüsusi diqqətində idi. Görüşdən sonra beynəlxalq təşkilatların məsələyə müsbət reaksiyaları da bunu göstərir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta hadisəni dayanıqlı sülhə gedən yolda mühüm addım adlandırdı və liderlərin siyasi iradəsini yüksək qiymətləndirdi. Aİ Komissiyasının Prezidenti Ursula fon der Leyen isə əldə olunan razılaşmanın vacibliyini vurğuladı, lakin bununla yanaşı, artıq razılaşdırılmış addımların vaxtında icrasının həlledici olduğunu qeyd etdi.
Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallas tərəflərin onilliklərdir davam edən münaqişəni bitirmək istiqamətində əldə etdiyi irəliləyişi “əhəmiyyətli dönüş” kimi səciyyələndirdi.
Aİ rəsmilərinin reaksiyaları mühümdür. Çünki prosesə yanaşma Bakının, həmçinin regionun yaxın gələcəkdə qitəyə inteqrasiyasına ciddi istiqamət verəcək. Aİ bu günə qədər İrəvan və Bakı arasında balansı qorumaq, yaxud seçim etmək məcburiyyətində qalırdısa, prosesin yekunu bu tendensiyanı aradan qaldıra bilər. Ən önəmlisi, Aİ-nin Bakıdan enerji nəqlini artırmaq istəyi, sadəcə istəkdən çıxaraq real dəstəyə çevrilə bilər. Yəni Brüssel regionun mövcud və yeni enerji layihələrinə xüsusi diqqət ayıra bilər.
Avropa Şurasının rəhbər strukturları da prosesə müsbət münasibət göstərdi. Baş katib Alain Berset bunu “ortaq tarixdə yeni səhifə” kimi dəyərləndirdi və qurumun üzv dövlətlərin bu mərhələdə yanında olmağa hazır olduğunu bildirdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulos isə sülh sazişinin imzalanmasını parlament diplomatiyasının uğuru kimi təqdim etdi və prosesin möhkəmlənməsi üçün qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini vurğuladı.
Avropa Şurasının bəyanatları bir müddətdir soyuq olan münasibətləri yenidən normallaşdıra bilər. Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıqda həmişə maraqlıdır, o şərtlə ki, həmin təşkilatlar konstruktiv mövqe sərgiləsin.
NATO da Vaşinqton görüşünü diqqətlə izləyən əsas beynəlxalq qurumlardan biri oldu. Alyansın sözçüsü Allison Hart Ermənistan və Azərbaycan arasında sülh istiqamətində əldə olunan irəliləyişin regionun ümumi təhlükəsizliyinə töhfə verəcəyini vurğuladı. Bu açıqlama NATO-nun bölgədə hərbi mövcudluğu olmadan belə siyasi dəstək mexanizmləri vasitəsilə təsirini artırmaq niyyətində olduğunu göstərir. Qurumun bəyanatında ABŞ rəhbərliyinin prosesdə oynadığı rola xüsusi təşəkkür ifadə olundu ki, bu da Vaşinqtonun vasitəçilik rolunun legitimləşdirilməsinə xidmət edir.
Türk Dövlətləri Təşkilatı imzalanan sənədi “tarixi inkişaf” kimi qiymətləndirərək açıq şəkildə Minsk Prosesinin bağlanmasını dəstəklədi. Baş katibin bəyanatında Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün bu razılaşmanın mühüm mərhələ olduğu vurğulandı. Qeyd olundu ki, tərəflərin ATƏT-in Minsk Prosesinin bağlanması barədə birgə müraciəti tarixi münaqişənin diplomatik formatda yekunlaşmasının rəsmi təsdiqidir. Bu mövqe həm də göstərir ki, TDT öz üzvü olan Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir.
Vaşinqton görüşünün nəticələri ən çox TDT-nin gələcəyi baxımından bir çox suala aydınlıq gətirir. İstisna deyil ki, Vaşinqton TDT-nin inkişaf edərək regionda yeni bir güc olmasında, ən önəmlisi də Rusiyaya qarşı alternativ NATO rolunu oynamasında maraqlıdır. Prinsipcə, təşkilatın inkişafı və güclənməsi həm Mərkəzi Asiyanın Rusiya təsirindən çıxmasını sürətləndirəcək, həm də Yaxın Şərq ilə Rusiya arasında sədd rolunu oynayacaq.
ATƏT Baş katibi Feridun H. Sinirlioğlu və ATƏT Parlament Assambleyasının rəhbərliyi də bəyannaməni tarixi nailiyyət kimi qiymətləndirdi. Parlament Assambleyası rəhbərliyinin bəyanatlarında isə gələcəkdə daha inklüziv və davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasının vacibliyi vurğulanıb.
Minsk Prosesi və ona bağlı strukturların ləğvi ilə bağlı çağırışı nəzərə alsaq ATƏT-in mövqeyi də xüsusi diqqət çəkir. Bu, xüsusilə Azərbaycanın sülh sazişindən kənar irəli sürdüyü və icrasını tələb etdiyi mühüm bir detaldır. Feridun H. Sinirlioğlunun bəyanatından həm də bu qənaətə gəlmək olar ki, Minsk Prosesin ləğvi yaxın müddətdə öz həllini tapa bilər.
Birləşmiş Millətlər Təşkilatı səviyyəsində də hadisə yüksək qiymətləndirildi. Baş katib Antonio Quterreş imzalanan Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması yolunda mühüm mərhələ adlandırdı. O, tərəflərin davamlı dialoq və etimad quruculuğu öhdəliyini alqışladı, həmçinin ABŞ Prezidentinin vasitəçilik rolunu tanıdı. BMT-nin bu mövqeyi, təşkilatın regionda birbaşa vasitəçi funksiyasından kənar qalmasına baxmayaraq, sülh prosesini dəstəkləməkdə qlobal mandatını önə çıxarır.
Digər beynəlxalq fiqurların reaksiyaları da diqqətəlayiq idi. Məsələn, Avstriyadan olan NATO tərəfdarı və analitik Gunther Fehlinger Ermənistan və Azərbaycanı NATO-ya üzvlüyə dəvət etdi, bu quruma qoşulmanın sülhü Rusiyanın və İranın təzyiqlərindən qorumaq üçün yeganə təminat olduğunu iddia etdi. Böyük Britaniyanın xarici işlər naziri David Lammy isə Vaşinqton razılaşmasını cəsarətli addım kimi qiymətləndirdi və Londondan dəstək təklifini açıq şəkildə ifadə etdi.
Beynəlxalq təşkilatların və nüfuzlu siyasi fiqurların bu reaksiyaları ümumi mənzərədə bir neçə mühüm nəticə ortaya qoyur:
Birincisi, Vaşinqton görüşü regiondakı mövcud siyasi nizamın yenidən formatlanması üçün start nöqtəsi kimi qəbul edilir və bu, yalnız ikitərəfli deyil, çoxtərəfli diplomatik əlaqələrin də güclənməsinə şərait yaradır.
İkincisi, sülh prosesi artıq beynəlxalq təşkilatların dəstəyini qazanıb. Bu prosesi sürətləndirə biləcək detaldır.
Üçüncüsü, bəyanatlarda ABŞ-ın vasitəçilik rolunun vurğulanması Vaşinqtonun regionda diplomatik nüfuzunu artırır və bu, həm Brüssellə, həm də Moskva ilə geosiyasi rəqabətdə yeni balanslar formalaşdırır.
Nəhayət, Minsk Prosesinin dayandırılması barədə razılıq 30 ilə yaxın davam edən bir diplomatik formatın tarixi sonu olmaqla, münaqişənin beynəlxalq hüquq müstəvisində yeni mərhələyə keçdiyini göstərir.
Turan Rzayev
mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi