Sumqayıtın üfunət verən dənizi - FOTO

img

27-08-2014 [12:24]


Yayın bu istisində vətəndaşlarımızın daha çox getdiyi yer çimərliklərdi. Təbii ki, imkanı olanlar pullu, imkansızlarsa pulsuz çimərliklərə üz tuturlar. Bəs çimərliklərdə xidmət necədir? Bu suala cavab tapmaq üçün Sumqayıt çirmərliyinə üz tutduq.

Ümumiyyətlə, onu qeyd edək ki, Sumqayıtda pullu çimərlik yoxdur. Yəni dənizə giriş pulsuzdur. Lakin elə problemdə bundan ibarətdir ki, pulsuz və bərbad. Bahalı çimərliklər, əsasən, Mərdəkan, Novxanı, Şıxov ərazisində, bir qədər ucuz çimərliklər isə Bilgəh, Buzovna, Pirşağı qəsəbələrində fəaliyyət göstərir. Bahalı çimərliklərə giriş 5-10 manat, ucuz çimərliklərdə isə 2 manatdır. Təbii ki, bahalı çimərliklərdə şərait də qiymətlərə uyğundur. Bahalı çimərliklərdə küləşdən hazırlanmış talvarlar, taxta çardaqlar, masalar, stullar, uzanmaq üçün ləvazimat, soyunub-geyinmə otaqları, çətir, oyun otaqları, hamam fəaliyyət göstərir. Elə çimərliklər var ki, bura sadəcə giriş 10 manatdır, göstərilən və təklif edilən digər xidmətlər pulludur. Bəzi çimərliklərdə isə bütün xidmətlər 10 manata daxildir. Pullu çimərliklərin əksəriyyətində rahat koteclər də müştərilərin xidmətinə verilir.

Girişi ucuz və pulsuz olan çimərliklərdə təbii ki, xidmətlər və şərait bir qədər keyfiyyətsizdir. Elə pulsuz çimərliklər var ki, bura girmək belə mümkün deyil. Belə çimərliklərdən biri də Sumqayıt çimərliyidir.

Dənizin qırağındakı anti-sanitariya halları, artıq sahilin "yaraşığına” çevrilib. Təsəvvür belə edə bilmərik ki, dəniz sahilində yeyilmiş qarpız qabığı, atılmış su qabları və salafan paketlər olmasın. İnanın, hazırda Sumqayıt dənizinin problemi bundan ibarət olsaydı, heç bir dərdimiz olmazdı. Artıq neçə vaxtdır ki, Sumqayıtın kanalizasiya suları dənizə dayanmadan axıdılır. Burada apardığımız müşahidələr zamanı çirkab suların dənizə töküldüyü yerin təxminən 10 addımlığında insanların həvəslə çimdiklərinin şahidi olduq. Onlardan bu çirkab və üfunətli sudan iyrənmədiklərini soruşsaq da, çoxu buna əhəmiyyət vermədiklərini dedi. Bəzi insanlar isə dövlət qurumlarına inandıqlarını və onların monitorinqlərinə görə burada çimməyin insan orqanizminə ziyan olmadığını bildirdilər.

Lakin bəzi sakinlər isə bunun tam əksini qeyd etdilər. Onlar bildirirlər ki, gecələr "Nəsimi Parkına” gəzintiyə çıxdığımız zaman suya axıdılan natəmiz suların, nəcisin iyi düz parka kimi gəlir. Bu da, bizim parkda istirahət etməyimizə mane olur.

Araşdırmamız zamanı, eyni halın Corat qəsəbəsində də baş verməsinin şahidi olduq

Məsələ ilə əlaqədarEkologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsək də, onlar bizə bildirdilər ki, özümüz sizinlə əlaqə saxlayacağıq. Ancaq çox vaxt keçməsinə baxmayaraq, bizimlə heç kim əlaqə saxlamadı.Görünür, şəhər rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin yüksək vəzifəli şəxsləri istirahət vaxtları yerli çimərliklərə yox, dünyanın lüks otellərində, Bodrum, Antalya, Mayami və digər çimərliklərdə istirahət edərək, gücü buna çatmayan imkansız vətəndaşlarımızı fikirləşmirlər. Fikirləşsəydilər, ölkənin ikinci ən çox yaşayışı olan gənclər şəhərinin çimərliyi bu gündə olmazdı.

AbbasƏli Hüseyni

XeberLent.az


images/gallery/3717/619.jpgimages/gallery/3717/617.jpgimages/gallery/3717/616.jpgimages/gallery/3717/615.jpgimages/gallery/3717/614.jpgimages/gallery/3717/613.jpgimages/gallery/3717/612.jpg
Sosial şəbəkələrdə paylaş:
- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=3717#sthash.B8ikQAdR.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA