Avrokubok oyunlarından hansı Naxçıvanda keçirilə bilər? - “Araz-Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçin (VİDEO)
07-08-2025 [19:11]
“Araz-Naxçıvan” Futbol Klubunun (FK) bu günki oyunu bir çox baxımdan diqqətə layiqdi.
Mia.az-ın xəbərinə görə, Naxçıvan klubu Kiprin “Omoniya” klubunu qəbul edir ki, bu klub da Azərbaycan futbol azarkeşlərinə çox yaxşı tanışdı.
Bundan əvvəl səfərdə “Aris”i udaraq növbəti mərhələyə keçən “Araz-Naxçıvan” rəqib meydançasında müxtəlif təxribatla üzləşmişdi. Əslində, “Omoniya” da Kiprin yunanların üstünlük təşkil etdiyi bölgəsinə dair futbolu təmsil etdiyiçün bəzi psixioloji pressinqlərə meylli ola bilər. Mən əminəm ki, baş məşqçi Elman Baxşıyev komandasını məşq etdirərkən bu nüanslarla bağlı hazırlıqlar edib.
Rəqib komandanın baş məşqçisi dünən mətbuat konfransında ehtiyatlı danışıb. Onun sözlərinə görə, əgər “Araz-Naxçıvan” “Aris”i kənarda qoyubsa, deməli, güclü kollektiv sayılır.
“Aris” düzdü, dişli rəqib idi, amma texnika və peşəkarlıq baxımından yox, emosional olaraq. “Araz-Naxçıvan” kollektiv olaraq bir-birini meydanda daha yaxşı anlayan və strukturu mükəmməl komanda təsiri bağışlayır hazırkı Avrokubok mübarizəsində.
E.Baxşıyev zatən imkansızı yaratmaq gücündə olduğunu sübut edən adamdı. Keçən ilki Premyer Liqada da olmazın pressinqlərə tab gətirdi. Gizli, aşkar müxtəlif intriqaların fövqündə dayandı. Naxçıvanda oynamağa imkan olmadığı üçün Bakıdakı bazaya və stadiona sığındı və pula pul deməyən bəzi klubların qarşısında şəstlə dayandı. Çox söz dedilər onun komandasına, hətta “avtobusu olmayan komanda” kimi lağlağı cümlələrdən tutmuş, transfer etməyə imkanı çatmayan kasıb klub, - deyə məsxərə cümlələrə qədər.
Amma adam keçən mövsümdə komandasını turnir cədvəlinin 3-cü pilləsinə daşıdımı? Daşıdı. Mövsüm başlayanda 15 oyun onları heç kim məğlub edə bilmədi. Qış tətilindən sonra top buraxmağa başladılar ki, onda da Baxşıyev özünü itirməyərək komandasını çox tez toparladı.
Tərkibində bir nəfər naxçıvanlı olmayan “Araz-Naxçıvan”nın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində gəlib çıxması təsadüfi deyil. Özünün məşq meydançası olmayan komanda gah Bakıda, gah da Sumqayıtda məşq edə-edə o qədər qınağa məruz qaldı ki, bu, onların Avrokubok oyunlarına mükəmməl şəkildə köklənməsinin motivasiyasına çevrildi məncə.
Büdcəsi zəif, maaşları aşağı səviyyədə, heç avtobusu belə olmayan və Avrokubok oyunlarında ölkəni layiqli təmsil edən komanda bundan sonra uğurlarını davam etdirəcəksə, “Araz-Naxçıvan”nın rəhbərliyi Naxçıvanda klubun bazasının, stadionunun tikintisi məsələsinə nəhayət, baxacaqmı? Heç olmasa, qarşıdakı Avrokubok oyunlarından hər hansı birinin Naxçıvanda keçirilməsi necə, arzu olaraq qalacaq, yoxsa, klub rəhbərliyi uzun zamandan sonra “Araz-Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçəcək?
Mia.az-ın əməkdaşı bununla bağlı baş məşqçinin fikrini soruşub. Əlbəttə, E.Baxşıyevdə konkret cavab ola bilməz. O, fikir söyləməkdə çətinlik çəkir. Klub rəhbərliyinin əvəzinə danışa bilməz ki. Amma ən azından, indiki mərhələdə klub sahiblərinin bu barədə düşünməsini gözləyir.
Elmar Baxşıyev də gözləyir, biz də.
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi