26-08-2014 [19:40]
Son zamanlarda ölkəmizdə orta təhsil komplekslərinin sayı durmadan artır. Bir çox liseylər, gimnaziyalarverdikləri təhsilin keyfiyyətinə görə, bəzi orta məktəblərdən kəskin şəkildə fərqlənir.
Məhz bu səbəbdən də cəmiyyətin çox hissəsi bu təhsil ocaqlarını seçir. Lakin bəzilərinin isə verdiyi təhsil ucqar kəndlərintəhsilinə bərabər olur. Elə təhsil kompleksi var ki, orada təhsilin keyfiyyətindən söz belə gedə bilməz. Bu sıraya Bakının Qaraçuxur qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyadır.
Bu gün sözügedən gimnaziyada yer almış çoxsaylı nöqsanlardan bəhs edəcəyik. Bəzi orta təhsil komplekslərində şagird qəbulu imtahan əsasında həyata keçsə də, sözügedən gimnaziyada bu ən çox valideynlərin müəyyən olunmuş məbləği ödəməsi əsasında həyata keçir. Düzdür, bəzi şagirdlər sual-cavab əsasında qəbul olunur. Lakin sual-cavab zamanı yaxşı nəticə göstərməyən şagirdlərin isə valideynləri gimnaziya direktoruna görüm-baxım edir. Bizə verilən məlumata görə, şagirdlərdən müxtəlif bəhanlərlə nəsə toplanır. Gimnaziyanın təmiri, müxtəlif jurnallara abunə yazılmaq kimi bəhanələrlə şagirdlərdən nəsə toplanır. Qeyd edək ki, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasovdur. Əldə etdiyimiz məlumata görə, bu şəxsin adı bir sıra rüşvət qalmaqallarında hallanıb. Hətta bu şəxs cinayət məsuliyyətinə belə cəlb olunsa da, Abbasov hələ də özünə gəlməyib və qanunsuz əməllərini davam etdirməkdədir. Valideynlərbildirir ki, gimnaziyaya uşaq qoymamışdan öncə o qədər təriflər eşidirik, lakin övladlarımızı gimnaziyaya qoyduqdan sonra peşman oluruq: "Şagirdlərə düz-əməlli təhsil belə vermirlər. Təhsildən başqa hər şeyə vaxt tapırlar. Bir dənə də olsun bayram yadlarından çıxmır. Bilmirik uşaqların dəftər-kitabını həll edək, yoxsa bayramları yola verək. Uşaqlarımızın incidilməməsi üçün nə tələb edirlərsə, onu etməyə məcbur oluruq".
Valideynlərin bildirdiyinə görə, Təhsil Nazirliyinin tabeliyindəki S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müvafiq göstəriciləri də heç də müsbət olmayıb. Belə ki, gimnaziyanın məzunları son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər.2012-ci ildə orta statistik məzun ingilis dili fənni üzrə test tapşırığının 61,83%-nə düzgün cavab verib. Qalan illərdə isə məzunlar ən yaxşı nəticələri iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və coğrafiya fənlərindən göstəriblər. imtahan nəticələrinin təhlili göstərir ki, bu məktəbinqəbul imtahanlarında təmayül fənlərindən orta göstəriciləri hətta nadir hallarda belə 70 faizə çatıb. Son 5 ilin statistikasına baxsaq, bu göstəriciləri ölkənin ucqar bölgələrində yerləşən, lazımi təhsil şəraiti olmayan yüzlərlə adi məktəbin nəticələrində də görə bilərik. Bəs onda xarici dil təmayüllü lisey nə üçündür? Son illərdə sözügedən ali məktəblərə qəbul göstəriciləri, abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə nəticələri, mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekunları və digər mühüm məsələlər ümumilikdə, qənaətbəxş səviyyədə deyil. Hətta Təhsil Nazirliyinin apardığı monitorinqlər də göstərir ki, sözügedən gimnaziyada vəziyyət o qədər də qənaətbəxş deyil. Lakin nə Təhsil Nazirliyi, nə də aidiyyəti qurumlar bununla bağlı ölçü götürmür. Direktor isərahatlıqla işini davam etdirir. Görünür, Abbasovun Təhsil Nazirliyində himayədarı var. Əks halda sözügedən təhsil ocağında başverən neqativ hallarla bağlı ölçü götürülərdi. Ümid edirik ki, bizim yazımızdan sonraSəttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Giminaziyada baş verənlərin ciddi şəkildə araşdırılması ilə bağlı qərar veriləcək(gundelik-baku).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi