İlham Əliyev xanımını belə təbrik etdi-FOTO

img

26-08-2014 [19:02]


Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

Bu barədə prezidentin qızı Arzu Əliyeva özünün rəsmi Feysbuk səhifəsində foto paylaşıb.
İlham Əliyev öz ürək sözlərini xanımına belə çatdırıb: "Ailədə yaxın münasibətlər hər bir insan üçün ən böyük dəyərdir. Ailə anlamında mən çox xoşbəxtəm. 30 ildir öz sevimli həyat yoldaşımla birlikdəyəm, amma elə bil ki, biz bu yaxınlarda evlənmişik. Həyatımın ən xoşbəxt saatları evdə, ailəmlə birlikdə olduğum vaxtlardır”.
Qeyd edək ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 50 yaşı tamam olur.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA