Cavid Qurbanov evini dağıtmağa çalışdığı ailənin iki qadınını işsiz qoydu

img

26-08-2014 [18:56]


Binəqədi rayonu, Yusifzadə küçəsi, 46 ünvanında, "Çermet” adlanan ərazidə yerləşən özəl mülkün "Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanovun göstərişi ilə boşaldılması və sökülməsi ilə bağlı virtualaz.org saytında yazı dərc etmişdik.


Vəkil Aslan İsmayılovun virtualaz.org-a verdiyi məlumata görə, həmin şikayətdən sonra mənzilə gələn qaz, su və elektrik xətti dayandırılıb: "Miraslanın bacısı Azərbaycan Voleybol Federasiyasında xadimə, rəhmətə getmiş qardaşının arvadı isə qabyuyan işləyirdi. Mülk sahibinin çoxsaylı şikayətlərindən sonra hər ikisi işdən qovulub. Ailə çox çətin bir durumdadır”.

Vəkil Miraslan Əkbərovun artıq Rusiyadan qayıtdığını və hazırda Binəqədi Rayon Prokurorluğunda olduğunu, müstəntiqin ondan izahat aldığını bildirdi. Baş verənlərlə bağlı onun da fikirlərini oxuculara çatdırmağa çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA