BMAM sədri Rufiz Qonaqov İraq səfiri ilə görüşüb

img

26-08-2014 [16:22]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Heydər Ş.Əlbarrak ilə görüş keçirilib. 

26 avqust tarixində keçirilən görüşdə BMAM sədri Rufiz Qonaqov İraqın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. Rufiz Qonaqov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov son zamanlar İraqda yaranan gərginlikdən narahatlığını ifadə edib.

İraq səfiri Heydər Ş.Əlbarrak görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini, İraqda son zamanlar yaranmış gərginliyin tezliklə aradan qaldırılacağını, Azərbaycan xalqının İraqda yaranmış son vəziyyətə həssas yanaşdığını bildirib. Eyni zamanda diplomat İraq xalqının Azərbaycan xalqından da bu münaqişənin həllində dəstək gözlədiyini bildirərək qeyd edib ki, İraq və Azərbaycan xalqları arasında həmişə mehriban və dost münasibətlər olmuş, hazırda da hökumətlərarası əlaqələr yüksələn templə davam etməkdədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA